vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
DÜNYA  
09:52 | 2 mart 2025 | Bazar Məqaləyə 133 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ələ keçməməli olan erməni”...

“İri balıq” əvvəl-axır danışacaq

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəlkə də biz Ruben Vardanyanın şəxsində nə boyda mühüm əhəmiyyətli personanı ələ keçirməyimizin elə də fərqində deyilik, ancaq Nikol Paşinyandan tutmuş Andranik Köçəryana qədər indi əksər ermənilər onun ələ keçməsinə və Bakı məhkəməsində mühakimə olunmasına görə gerçəkdən də dərin narahatlıq hissi keçirirlər.

Ermənistanın baş naziri qorxur ki, Vardanyan danışmağa başlasa, həm Ermənistan dövləti, həm də şəxsən Paşinyanın özü ifşa olunacaq.

Elə onun ələ keçməsinə görə qəzəblənən Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatı Andranik Köçəryan da hazırda Bakıda məhkəməsi keçirilən erməni oliqarx Ruben Vardanyanı məhz buna görə ittiham edir.

Belə ki, A.Köçəryan jurnalistlərlə söhbət zamanı bildirib ki, Vardanyanın ələ keçməyə haqqı yox idi.

“Onun ələ keçirilməsi ölkəmiz üçün təhlükə yaradır”, - deputat vurğulayıb.

“Ruben Vardanyanın vaxtilə dedikləri bu gün ona qarşı istifadə olunur. Nə vaxtsa sizə qarşı istifadə olunacaq heç nə deməyin. Onu ələ keçirmək Azərbaycana lazım idi”, – Andranik Koçaryan əlavə edib.

O bildirib ki, Vardanyan bir yolla Qarabağdan qaçıb qurtarmalı idi: “Sənin ələ keçməyə haqqın yox idi. Bu səviyyəli adamların ələ keçirilməsi ölkəmiz üçün təhlükədir”.

Gördüyümüz kimi erməni tərəfi “tilov”umuza düşən “iri balığ”ın məhkəmə qarşısına çıxarılmasının Ermənistan üçün nə qədər təhlükəli olduğunu artıq anlamağa başlayıb. Vardanyanın həbsdən qurtulması üçün Ermənistanın və onun xaricdəki dəstəkçilərinin isterika qaldırması da məhz bundan qaynaqlanır.

Lakin artıq gecdir. Heç bir piar-aksiya və kampaniyalar Vardanyanı xilas edə bilməz.

Düzdür, Vardanyan özünü çoxbilmiş zənn edib hələ ki, susur. Məhkəmədə ifadə verməməyə çalışır. Lakin əvvəl-axır danışacaq. Danışmalı olacaq.

P.S. Və hətta danışmasa da belə, Vardanyan ömrünün qalan hissəsini Bakı məhbəslərindən birində keçirməli olacaq. Çünki onun ömürlük həbsini qaçılmaz edən çoxlu sayda cinayət faktları var. Şərə xidmət edənlərin aqibəti Xeyirin qələbəsi ilə bitir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)