Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
07:52 | 20 aprel 2025 | Bazar
Məqaləyə 305 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
İranın xarici işlər naziri Abbas Araqçının Rusiya xarici işlər naziri Sergey Lavrovla budəfəki görüşü və bəyanatları az qala başdan ayağa Rusiya dövlətinin və şəxsən Putinin, Lavrovun ünvanına komplimentlər səsləndirməyə həsr olundu.
Adam ənənəvi fars hiyləgərliyi və yaltaqlığına söykənərək komplimentləri toy-nişan noğulları kimi sağa-sola səpələdi.
Bu da səbəbsiz deyil. Çünki Trampın sayəsində beynəlxalq təcrid vəziyyətindən və Ukrayna cəbhəsində böhranlı durumdan çıxan Rusiyanın hazırda İran üçün əhəmiyyəti, gərəkliliyi yenə də artıb. ABŞ-ın getdikcə artan təzyiqləri fonunda molla rejiminin Kremlin dəstəyinə, araçılığına ciddi şəkildə ehtiyacı var. Və Araqçı də bu həqiqəti gizlətmədi.
Abbas Araqçı rusiyalı həmkarı Sergey Lavrovla görüşündə və mətbuat konfransında öncə onu qeyd etdi ki, Rusiya və İranın mövqeləri bu gün keçmişdə olduğundan daha yaxındır.
İranlı nazir həmçinin bildirdi ki, ki, Vladimir Putinlə çox yaxşı və uzunmüddətli bir görüşü baş tutub: “Rəhbərlikdən ona (Putinə) yazılı mesaj təqdim etdim. Bu həm cənab Putinə, həm də bütün dünyaya mesaj idi ki, İran Rusiyanı özünün əsas və strateji tərəfdaşı hesab edir və mühüm məsələlərdə məsləhətləşir”.
Nazir əlavə etdi ki, İran və Rusiya arasında münasibətlər tarixdə bəlkə də heç vaxt bu qədər yaxın və güclü olmayıb.
İranın xarici işlər naziri bu komplimentlər fonunda ölkəsinin ABŞ-la nüvə proqramları üzrə danışıqlarında Rusiyanı rol oynamağa, dəstək verməyə çağırdı. Öz növbəsində Sergey Lavrov da Abbas Araqçı ilə birgə mətbuat konfransında yaranmış fürsətdən dərhal istifadə edib bildirdi ki, Rusiya ABŞ-la İran arasında rəsmi Tehranın maraqlarının nəzərə alındığı nüvə sazişinə vasitəçilik etməyə hazırdır.
Bu isə o deməkdir ki, bu iki şər ölkə səylərini birləşdirərək ABŞ-ı danışıqlar “tələ”sinə salmağa və bu prosesi mümkün qədər uzatmağa davam edəcəklər. Sonu görünməyən danışıqlar prosesi hazırkı məqamda Moskvaya, Tehrana da sərf edir. Danışıqlar prosesinin sonsuza qədər uzanması Rusiyaya Ukrayna məsələsində psixoloji üstünlük əldə etmək, İrana isə uranı zənginləşdirmə proqramlarını müvəffəqiyətlə tamamlamaq və nüvə silahına yiyələnmək imkanını qazandıracaq.
Beləliklə, Trampın yanlış siyasəti Qərbin sanksiyaları nəticəsində təntiyən və çökən Putin Rusiyasının və molla İranının nəfəslərini dərmələrinə və yenidən özlərini toparlamalarına imkan verir.