vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
Papanın ölümünə sevinənlər... 22:02 | 21 aprel 2025 | Bazar ertəsi Məqaləyə 27 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Papanın ölümünə sevinənlər...

S”arsax”ların “tarixi varlığ”ının daha doğrusu yoxluğunun təsdiqi

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Roma Papası Fransiskin ölümünə sevinən bəlkə də yeganə nadürüst insanlar məhz ermənilərdir.

Onların sevinmələrinin səbəbi nədir?

Məsələ burasındadır ki, Papanın vəfatından 11 gün əvvəl, aprelin 10-da İtaliyanın paytaxtı Roma şəhərində (Vatikan dövləti və Papanın iqamətgahı da bu şəhərdə yerləşir) “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilib.

Bu konfrans Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Vatikandakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə baş tutub.

Təqdimatdan da göründüyü kimi konfransın əsas müzakirə mövzusu Qafqaz Albaniyası olub. Bu isə ermənilərin narazılığına səbəb olub. Çünki onlar Azərbaycanın dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətəni kimi tanınması və sonradan alban kilsələrinin, məbədlərinin planlı şəkildə “erməniləşdirilməsi” faktlarının üzə çıxması ehtimalından narahat olurlar.

Ona görə də son 10 gündə erməni ekspertlərinin və “Youtube” kanallarının Vatikan əleyhinə, mərhum Papanın ünvanına təhqir, söyüş dolu açıqlamalarının, strimlərinin baş alıb getməsi heç də təəccüblü deyil.

Yerusəlim erməni patriarxlığı və kilikiya katolikosu 1-ci Aram Vatikanın əleyhinə sərt şəkildə çıxış edərək bu konfransın Cənubi Qafqazda və s”arsax”da ermənilərin “tarixi varlığ”ının əleyhinə yönəldiyini bəyan etdilər.

Həmçinin, sıravi ermənilər də öz rəylərində Papaya qəzəb püskürür, Azərbaycanın Vatikanı satın aldığını deyirlər. Sergey Karapetyan adlı bir erməni yazır ki, Azərbaycan bir neçə il əvvəl Vatikanın bərpasına töhfə vermək qərarına gələndə, sonradan bu töhfədən istifadə edəcəyi öncədən aydın idi.

Nədənsə, sergey karapetyanlara, aram martirosyanlara, iveta muradyanlara elə gəlir ki, bu cür konfranslar Bakının ermənilərin tarixini silbaşdan, yenidən yazmaq və dəyişdirmək istəyinə xidmət edir.

Ermənilərin belə düşünmələrində təəccüblü bir şey yoxdur. Çünki onlar özləri də daim tarixi faktları saxtalaşdırmaqla məşğul olduqlarına görə bu gün Vatikanda keçirilən konfransdan xoflanır və düşünürlər ki, yəqin biz də onların yoluyla gedəcək, tarixi həqiqətləri təhrif etməyə girişəcəyik. Necə deyərlər, xain xoflu olar.

Lakin bizim isə tarixi həqiqətləri təhrif etməyə əsla ehtiyacımız yoxdur. Çünki biz erməni deyilik. Qafqaz Albaniyası ilə bağlı bütün həqiqətlər ortadadır və biz sadəcə tarixi ədalətin bərpası üçün gərəkənləri edirik.

Ona görə də ermənilərin Roma Papasını hədəfə almaları, ona qarşı linç kampaniyası aparmaqları tamamilə yersiz hərəkət idi. Eyni zamanda, Papanı Qafqaz Albaniyası məsələsində ermənilərin əleyhinə mövqe tutmaqda ittiham etmək allahsızlıq idi.

P.S. Beləliklə, son günlərdə öz canının hayında olan Roma Papasının haqqı da insanlıq hissini itirmiş ermənilərin boynunda qaldı. Çox yəqin ki, o biri dünyada Papanın bir əli daim ermənilərin yaxasında olacaq.

P.P.S. Biz isə Qafqaz Albaniyasının Azərbaycanın tarixi irsi və dövlətçilik qaynağı kimi təbliği və dünyada tanıtımı işində daha fəal tutmalıyıq. Doğru yol seçmişik.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)