Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
23:57 | 24 aprel 2025 | Cümə axşamı
Məqaləyə 125 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
24 aprel “soyqırım” mifologiyası təkcə erməni millətçilərinin yox, həm də Rusiya dövlətinin gerçək simasının güzgüsüdür.
Bu gün bəzi rus rəsmiləri, diplomatları, deputatları ermənilərdən artıq erməniçilik etdilər, qondarma “soyqırımı qurbanları” üçün timsah kimi göz yaşı axıtdılar.
“Sputnik Ermənistan” yazır ki, Rusiya səfirliyinin müşaviri Maksim Seleznyov bu gün “erməni soyqırımı”na həsr olunan sərgidə çox kövrəlib, duyğulanıb və sərgidə nümayiş etdirilən faktlara, nümunələrə baxdıqdan sonra göz yaşlarını saxlaya bilməyib. Diplomat az qala hıçqıra-hıçqıra deyib ki, “o, erməni xalqının əzabına qərq olub”.
Maraqlıdır, Seleznyov o sərgidə hansı faktı, hansı nümunəni görüb? Axı qondarma “soyqırımı”nı təsdiqləyən heç bir real fakt, sübut, nümunə ortada yoxdur.
Seleznyovun İrəvanda göz yaşı axıtması, bəlli ki, Putinin yürütdüyü siyasətin bir fraqmentidir.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin də birbaşa Putinin təlimatları ilə işləyir.
Zatulin Teleqram kanalında qondarma “soyqırımı”ndan bəhs edərkən erməniçiliyin lap nirvanasına yüksələrək yazıb ki, “erməni əhalisinin Dağlıq Qarabağdan kütləvi şəkildə köçürülməsi 1915-ci il erməni soyqırımının davamıdır”.
1915-ci il hadisələri hara, 2023-cü ilin sentyabrında ermənilərin Qarabağı tərk etmələri hara? Kontekstlər bir-birinə heç uyğun gəlmir.
Ancaq bu, Zatulini elə də çox narahat eləmir. Zatulin öz həmişəki ampluasındadır – saxtakar ampluasında.
Bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova da saxta “erməni soyqırımı qurbanları” üçün saxta göz yaşları tökmək istəyənlərin sırasında növbəyə durdu və ənənəvi həftəlik brifinqdə bildirdi ki, “tarixi sübutlara görə, 1915-ci ildə II Nikolayın əmri ilə Rusiya-Türkiyə sərhədini açan Rusiya İmperator Ordusunun Qafqaz Ordusu nə az, nə çox, 350 min ermənini xilas etdi”.
Əcaba, Rusiya İmperator Ordusu 350 min ermənini kimdən xilas edib, nədən xilas edib? Mariya Zaxarova niyə qıpqırmızı yalan üyüdür? Axı çar Rusiyası həmin vaxt xilaskar yox, provokator rolunda çıxış edir, erməniləri Osmanlı Türkiyəsinə qarşı qiyama (oxu: xəyanətə) təhrik edirdi.
Aradan 110 il keçəndən sonra, bu gün Zaxarovanın çar Rusiyasını “xilaskar”, “sülh göyərçini” obrazında təqdim etməsi ilə Rusiya dönüb xilaskarmı olur?
Üstəgəl, 1915-ci il hadisələrinin üç əsas günahkarlarından biri də məhz çar Rusiyası olub. Zaxarovanın həmin vaxt İblis obrazında çıxış edən Rusiyaya indi “xilaskar” donu geyindirməklə tarixi həqiqətləri zorladığını, görəsən, başa düşürmü?
P.S. Rusiya rəsmilərinin, diplomatlarının, deputatlarının tarixi həqiqətləri zorlayıb erməniçilik etməkləri ayıbdır. 2018-ci ildən etibarən ermənilərin nankorluğu ilə üzləşməkdə olan Rusiyanın son aylarda (Suriya hadisələri və AZAL-ın təyyarəsinin vurulmasından sonra) yenidən “erməni kartı” üzərindən Cənubi Qafqazda ənənəvi siyasətini davam etdirməyə çalışması Kremlin Azərbaycan və Türkiyəyə münasibətdə heç vaxt səmimi olmadığını göstərir.
P.P.S. Aprelin 24-də ermənilər üçün “yas” saxlayan digər rusiyalı ekspertlərin, siyasətçilərin açıqlamaları bir-birindən daha əcaibdir. Lakin bütün bu qəbildən olan açıqlamalar Rusiya siyasətinin erməni üzünü ifşa edir.