
Millət, yoxsa ümmət?!
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Türkiyə bir qərar verməlidir – ya İslam, ya da Türki dünyasının lideri arasında seçim etməlidir
Azərbaycan dostluq, qardaşlıq, cəsarət və qətiyyətdə nümunədir
Türk dünyası ilə yaxınlaşma
Avropa öncə antitürk siyasətindən imtina etməlidir
Türkdilli ölkələr üçün KTMT yox, TDT prioritet olmalıdır
Türkçülüyü motivasiya edən mahnı
Çağırış və təhdidlərə qarşı indidən əməli addımlar atmaq lazımdır
Türk dövlətləri ilə ticarət rekord həddə
Zəif inkişaf etmiş ölkələr güclülər üçün “beyin” yetişdirir
“Bizim əlimizdədir, iradəmizdən asılıdır”
İlham Əliyevdən Güney Azərbaycan mesajı
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
“Turan”ın gizli müttəfiqi, İrana qarşı yeni cəbhə
İlahi hikməti türk ədaləti yayanlar ...
Əliyevin Türk Zirvəsində Güney Azərbaycan mesajı
Türkdilli ölkələrdə qarşılıqlı ticari dövriyyəni yüksəltməyə nə mane olur?
Türküstan (Mərkəzi Asiya) dövlətlərindən Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprində (Kipr Respublikası) səfirlik açması sözsüz ki, Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsinə və vahid Türk birliyinin formalaşdırılmasına mənfi təsir göstərəcək hadisədir.
Bu respublikalar bu addımı Ankara və Bakı ilə gənəşmədən, Brüsselin (Avropa Birliyinin siyasi mərkəzi) tövsiyəsi və ya diktəsi ilə atıblar. Böyük ehtimalla, bir neçə gün öncə Səmərqənddə baş tutan Birinci “Avropa Birliyi-Mərkəzi Asiya” Zirvə toplantısında Brüssel tərəfindən bölgə ölkələrinə ayrılacaq 12 milyardlıq “Böyük Açılış” sərmayəsinin müqabilində bu ölkələrdən yunan Kipri ilə diplomatik münasibətlərin qurulması da tələb olunub.
Qazaxıstan, Özbəkistan və Türkmənistan ümumtürk maraqlarından yox, Realpolitik mövqeyindən çıxış edərək öz iqtisadi və geosiyasi maraqlarını önə çəkiblər, sözügedən şərti qəbul ediblər.
Qazaxıstanın Kiprdə ilk səfiri olan Nikolay Jumakanov isə hətta öz etimadnaməsini prezident Nikos Xristodulidisə təqdim edərkən deyib ki, “Qazaxıstan Kipr Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”.
Bu bəyanat isə Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) gələcək varlığına qarşı ağır zərbədir. Çünki Kipr Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bütün adanı (o cümlədən türk Kiprini də) əhatə edir. Qazaxıstan səfirinin ehtiyatsız bəyanatından çıxış etsək, rəsmi Astana Quzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqil dövlət kimi varlığını qəbul etmir.
Hal bu ki, QKTC Azərbaycanın dəvəti və Türkiyənin dəstəyi ilə keçən il Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilib. Bu da o deməkdir ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan da QKTC-ni de-fakto tanıyırlar. Bu halda Qazaxıstan səfirinin yuxarıdakı bəyanatı rəsmi Astananın QKTC-ni de-fakto tanımasıyla ziddiyət təşkil edir.
Bu cür ziddiyyətli halların gələcəkdə də ortaya çıxmaması və Türk dünyasının inteqrasiya prosesinə zərbə vurulmaması üçün Türküstan dövlətləri bundan sonra qlobal, strateji məsələlər üzrə qərarlar qəbul etməzdən öncə TDT çərçivəsində Ankara və Bakı ilə gənəşməlidirlər.
Bu gün Avropa Birliyinin Trampın yaratdığı qlobal iqtisadi və geosiyasi xaos ucbatından Türküstan dövlətlərinə məcburən qucaq açması Astana, Daşkənd, Aşqabat və Bişkekdə eyforiya və illüziya yaratmamalıdır. Çindən və Rusiyadan gələn real təhdidlər zamanı Avropa Birliyi Türkiyə və Azərbaycanın dəstəyi olmadan Mərkəzi Asiya ölkələrinə heç bir köməklik göstərə bilməz. Həmçinin, Azərbaycan və Türkiyənin logistik-tranzit dəstəyi olmadan Mərkəzi Asiya ölkələri öz məhsullarını birbaşa Avropa bazarına da çıxara bilməzlər.
Avropa Birliyi gəldi-gedərdir, müvəqqəti müttəfiqdir. Türk birliyi və gələcəkdə yaradılması nəzərdə tutulan Türk NATO-su isə bütün türk dövlətləri və xalqları üçün daimi müdafiə “çətir”i ola bilər. Ona görə də bu gün ayrı-ayrı türk dövlətləri situativ və məhəlli mənfəətlər naminə mərkəzdənqaçma davranışlarına yol verməməli, ümumtürk inteqrasiyasını heç bir halda zəiflətməməlidirlər.
P.S. Əfsuslar olsun ki, Tramp Amerikasının dünyada yaratdığı geosiyasi və geoiqtisadi təlatümlər TDT-ni və ayrı-ayrılıqda türk dövlətlərini hazırlıqsız yaxalayıb. Məhz bu səbəbdən də Mərkəzi Asiya (Türküstan) ölkələri özlərini bu təlatümlərdən və bütün mümkün risklərdən sığortalamaq üçün TDT-nın “çətir”i altına yığışmaq əvəzinə, dərhal Avropa İttifaqına üz tutdular.
P.P.S. Son vaxtlar Türkiyədə yaşanan məlum siyasi böhran da Türkiyənin bütün türk dövlətlərini bir araya gətirmək, yeni qlobal güc mərkəzi formalaşdırmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.