
9 may gəldi...
Biz faşizmlə 35 il döyüşdük
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
““3+3” məşvərətçi formatı uzun müddətdir fəaliyyət göstərir, lakin diqqəti çəkən odur ki, Türkiyənin regionda təsirini bölüşmək istəyi səmimi deyil. Ona görə də Türkiyə təşəbbüskarlardan biri (əsas təşəbbüs Azərbaycanındır – red.) olsa da, Türkiyə burada iştirak etsə də, regional birqütblü təsir iddiasındadır və buna səbəb son illərdə bir sıra hadisələrlə əlaqədar Türkiyənin regionda təsirinin artmasıdır”.
Bu sözləri rusiyalı türkoloq Viktor Nadein-Rayevski erməni mediasına müsahibəsində Rusiya XİN başçısı Sergey Lavrovun bu məşvərətçi platformanın daha strukturlaşdırılmış quruma çevrilməsi istəyinin səbəbləri haqda danışarkən deyib.
“Bu tendensiyaları dərk edən İran və Rusiya Türkiyəni regional maraqların nəzərə alınacağı və birləşdiriləcəyi, gələcək problemlərin qarşısını almaq üçün bütün məsələlərin müzakirə oluna biləcəyi bir platformaya gətirməyə çalışır. Rusiyanın marağının digər səbəbi isə İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın Cənubi Qafqazda mövqelərinin böyük bir hissəsini itirməsi, Ermənistan və Azərbaycanla münasibətlərinin korlanması, həmçinin Gürcüstanla heç bir əlaqənin olmamasıdır. Buna görə də bu platformada olmaq Rusiyaya özünü regional güc kimi nümayiş etdirmək imkanı verir”, – o vurğulayıb.
Nadein-Rayevskinin sözlərinə görə, bu platforma Türkiyəni müəyyən nəzarət və əməkdaşlıq mühitində saxlamaq imkanıdır: “Bunun nə dərəcədə baş verəcəyi başqa sualdır, ancaq Rusiya və İranın baxışı belədir”.
Viktor Nadein-Rayevski hesab edir ki, platformanın təşkilata çevrilməsi məsələsi böyük ehtimalla razılaşdırılıb, lakin ola bilsin ki, hələlik yekun rəsmi təsdiq yoxdur.
Təhlilçinin fikrincə, Trampın prezidentliyi dövründə çoxqütblü dünya bərqərar olarsa, belə bir təşkilat Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər.