
20 milyon insanın məlumatı oğurlanıb
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
İş və təhsil vizalarını arxa qapı kimi istifadə edən ölkələrə məhdudiyyət qoyulacaq
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Böyük bir sui-qəsd planı ifşa edildi
Şahzadə Harrinin müsahibəsi Sarayı qəzəbləndirdi
Məhkəmə təhlükəsizlik tələbini rədd etdi
Cekpot udub 11 milyon manatdan çox qazanan adam fanatı olduğu idmana görə Bakıya gələcək
Almaniyada 3 sərxoş ingilis əsgəri həbs olunub
Dünyanın ən yaşlı insanı sirrini bölüşdü
Böyük Britaniya xərçəngi tək peyvəndlə müalicə etmək üçün qollarını çırmalayır
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Kral olanda qardaşı və xanımın titullarını alacaq
Britaniyada çimərliklərdən çınqıl daşı, qum götürənlər 1000 funt-sterlinq cərimələnəcək
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
“Google” Böyük Britaniyada rəqabət qanunlarını pozmaqda günahlandırılır
Böyük Britaniyada yaşayan üç Bolqarıstan vətəndaşının Rusiyaya casusluq etməkdə təqsirli bilinməsindən sonra da gərginlik davam edir.
Casus şəbəkəsinin hədəfində olan jurnalistlərdən biri olan Xristo Qrozev BBC-yə bu casuslarla təcrübəsindən danışıb.
Bolqarıstan pasportu da olan Qrozev bildirib ki, dəstə onu öldürmək üçün “sui-qəsd üsulları”nın siyahısını tərtib edib.
O, casusların sui-qəsd “fantaziyaları” olduğunu izah edərək bunları sadaladı.
Həmkarı Roman Dobroxotovla birlikdə Rusiya haqqında çoxlu ifşalar edən jurnalistin öldürülməsi üçün nəzərdə tutulan üsullardan biri də onu gürzlə (kuvald) vurmaq olub.
Daha da fövqəladə hal odur ki, İŞİD-in icarəyə götürdüyü kamikadze küçədə Qrozevə yaxınlaşıb özünü partladacaqdı.
Bolqarıstanlı jurnalist onu da iddia edib ki, Suriyada oğurlanaraq işgəncə düşərgəsinə göndərilərkən ona oxşayan birini qaçırıb Rusiyaya aparıb həbs etmək planı olub. Bu şəkildə onun əsl taleyi bilinməyəcəkdi.
Qrozev və Dobroxotov Aleksey Navalnıya və Sergey Skripala qarşı sinir qazı hücumlarında Moskvanın rolunu ifşa edən reportajları ilə tanınırlar.
Rusiya kəşfiyyatında çalışan Yan Marsalekin 2020-ci ilin dekabr ayında üç Bolqarıstan vətəndaşını idarə edən Orlin Roussevə göndərdiyi mesajlarda onun Qrozevi hədəf aldığı görülüb: “Mən Qrozevin çox vacib hədəf olduğunu düşünmürəm, amma deyəsən Putin həqiqətən ona nifrət edir”.
2020-ci ildən sonra casusluq şəbəkəsinin Avropanın müxtəlif ölkələrində iki jurnalisti izlədiyi müəyyən edilib.
2022-ci ildə Qrozevin Vyanadakı evinə casuslar daxil olub. “Həmin vaxt oğlum otağında kompüter oyunu oynayırdı. Onlar evə girəndə otağından çıxsaydı, nə baş verərdi, onu düşünmək istəmirəm”, – bolqar jurnalist deyir.
Üç Bolqarıstan vətəndaşı 2024-cü ilin fevral ayında London polisinin terrorla mübarizə detektivləri tərəfindən “Rəsmi Sirlər Qanunu”nu pozduqlarına görə həbs edilmiş və casusluq etmək üçün sui-qəsddə ittiham ediliblər.
Cümə günü Londondakı “Old Bailey”də keçirilən məhkəmə prosesində münsiflər heyəti 32 saatdan çox müşavirədən sonra 33 yaşlı laborant Katrin İvanova, 30 yaşlı kosmetoloq Vanya Qaberova və 39 yaşlı rəssam və dekorator Tihomir İvançevi mühakimə edib.
Məhkəmənin sonunda üç Bolqarıstan vətəndaşı Rusiyanın xeyrinə casusluqda təqsirli bilinib. Həmin şəxslərin Avropanı gəzərək jurnalistlərə, keçmiş siyasətçiyə və Almaniyadakı ABŞ hərbi bazasına casusluq edən qrupun üzvü olduğu bildirilir.
Prokuror Alison Morqan deyib: “Səhv etməyin, müttəhimlər bu məlumatı toplayaraq Rusiya dövlətinə ötürməklə bir çox insanın həyatını riskə atıblar”.
Təqsirləndirilən şəxslər mayın 7-12 arasında hökm elan olunana qədər həbsdə qalacaqlar.
Hadisə Böyük Britaniyada “ən böyük xarici kəşfiyyat əməliyyatlarından biri” kimi qiymətləndirilir.