
Makrondan “mən də varam” addımı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
1815-ci il iyunun 18-də Vaterlo döyüşündə məğlub olan Napoleon Parisə qayıtdı və iyunun 22-də ikinci dəfə taxt-tacdan əl çəkdi. Üç gün sonra Parisi tərk etdi. O, ABŞ-a yollanmaq niyyətində idi.
İyulun 8-də Roşfor şəhərində “Saale” gəmisinə oturan imperator Şatranta çayı vasitəsilə İl-d`Eks adasına yana aldı. Amma məlum oldu ki, Britaniya gəmiləri yaxınlıqda keşik çəkirlər. Amerikaya gedə bilməyəcəyini anlayan Napoleon “Bellerefon” gəmisinin kapitanı ilə əlaqə saxlayaraq Britaniyadan siyasi sığınacaq istədi.
Təbii, gəmi kapitanın buna müsbət və ya mənfi cavab vermək səlahiyyəti yox idi. Amma Napoleonun da seçim imkanları çox deyildi. O, iyulun 15-də bir neçə generalın və qulluqçularının müşayiəti ilə ingilis gəmisinə keçdi.
İngilis dənizçilər imperatoru hörmətlə qarşıladılar. Ən böyük kayut onun ixtiyarına verildi. Şərəfinə ziyafət təşkil olundu. O, göyərtəyə çıxanda ingilislər şlyapalarını çıxarırdılar, uzaqda dururdular, yalnız Napoleon müraciət edəndə onunla danışırdılar.
İmperator adətən axşamüstü göyərtəyə çıxırdı. Amma iyulun 23-də səhər tezdən çıxdı. Çünki gəmi Fransanın Uesan adasının yanından keçirdi və Napoleon anlayırdı ki, Fransa torpağını bir daha görməyə bilər. O, ada gözdən itənə qədər göyərtədə qalıb baxdı. Orçardsonun tablosunda da həmin məqam əks olunub.
“Bellerefon” iyulun 24-də İngiltərənin cənubundakı Brikşem limanına yan aldı. Amma Londondan gələn göstərişdə Napoleona gəmidən düşmək qadağan edilirdi. İki gün gözləyəndən sonra gəmiyə Plimut limanına üzmək əmr edildi. Burada onlar Britaniya hökumətinin Napoleonla bağlı qərarını gözlədilər.
İyulun 31-də Napoleonu İngiltərəyə buraxmamaq və Atlantik okeanının cənubunda, Afrikanın qərb sahilindən 1800 km aralıda yerləşən Müqəddəs Yelena adasına sürgün etmək barədə qərar qəbul olundu. İmperatoru və müşayiətçilərini daha müasir “Northumberland” gəmisi aparacaqdı.
Napoleon bu qərardan bərk məyus oldu. O, Yıldırım Bəyazid haqqında əfsanəni nəzərdə tutaraq “Teymurləngin qəfəsi bundan yaxşı idi” söylədi.
Avqustun 7-də imperator qonaqpərvərliyinə və nəzakətli davranışına görə “Bellerefon”un kapitanı Meytlendə təşəkkür edərək gəmini tərk etdi və “Northumberland”ə keçdi. İki gün sonra da Müqəddəs Yelena adasına yola düşdülər.
“Northumberland” adaya oktyabrın 17-də çatdı. İmperator I Napoleon ömrünün son 5,5 ilini burada keçirdi və 1821-ci il mayın 5-də xərçəng xəstəliyindən öldü.