vaxtlı-vaxtında oxuyun! Şənbə, 3 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
“Mübahisə etmirəm” 11:24 | 2 may 2025 | Cümə Məqaləyə 21 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mübahisə etmirəm”

Dünyanın ən yaşlı insanı sirrini bölüşdü

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərənin Surrey şəhərindən olan 115 yaşlı Etel Katerham dünyanın ən yaşlı insanı olduqdan sonra sirrini açıb. Braziliyada yaşayan rahibə İnah Kanabarro Lukasın 116 yaşında vəfat etməsindən sonra bu titula yiyələnən Etel Katerham yeni yaşını ad günü tortu ilə qeyd edib.

1910-cu ildə anadan olan Katerham uzun ömür sürməsinin sirrini maraqlandıranlara "Mən heç kimlə mübahisə etmirəm. Dinləyirəm və sonda istədiyimi edirəm” deyərək yumoristik cavab verib. Ətrafdakılar da Katerhamın məsləhətinə gülərək münasibət bildiriblər. Bir əsrdən çox həyatında bir çox dönüş nöqtələrinin şahidi olan Katerhamın iki qızı, üç nəvəsi və beş nəticəsi var.

115 illik həyatında 27 baş naziri görən Etel Katerham yaşına baxmayaraq sağlam və şən xasiyyəti ilə ətrafdakıları ilhamlandırmağa davam edir, eyni zamanda sadə, lakin təsirli həyat fəlsəfəsi də diqqət çəkir.