

Yaponiyalı Tomiko İtukanın ölümündən sonra dünyanın ən yaşlı insanı ünvanını daşıyan braziliyalı rahibə İnah Kanabarro Lukas 116 yaşında dünyasını dəyişib. Onun ölüm xəbərini Braziliyanın cənubundakı Porto Aleqri şəhərində bağlı olduğu dini təriqət elan edib.
Gerontologiya Araşdırma Qrupunun məlumatına görə, yaponiyalı Tomiko İtuka 116 yaşında vəfat etdikdən sonra Lukas 2024-cü ilin dekabrında rəsmi olaraq dünyanın ən yaşlı insanı elan edilmişdi. Lukas 1908-ci ildə Braziliyada anadan olub.
***
Lukas yerli “Sport Club Internacional” futbol klubunun tərəfdarı kimi tanınırdı. Klub “X” sosial media platformasında paylaşılan mesajla rahibənin xatirəsini yad edib: “Onun mənəviyyat və şəfqət irsini qeyd edir, ailəsinə və sevdiklərinə güc diləyirik”.
***
Lukasın ölümündən sonra Gerontologiya Araşdırma Qrupunun məlumatına görə, dünyanın ən yaşlı insanı adı indi Böyük Britaniyadan olan Etel Katerhama məxsusdur.