

“Podval əməliyyatı”ndan sonra abırla getmək lazım idi
Son iki ildə inhisarçılıq aradan qaldırılıb
“Onlayn Azərbaycan” layihəsindən nə xəbər var?
Ən yaxın zamanda 10 milyon büdcəsi olan fond yaradılaq
RİNN-in saytındakı məlumatlar yoxa çıxıb
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
Ötürücü stansiya üçün icazə alınmalı və şərait yaradılmalıdır
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
10 maddədən ibarət ola biləcək qanun layihəsi hazırlanır
Xatırlayıram ki, 2021-ci ildə Rəşad Nəbiyev nazir təyin olunanda 2024-cü ilin sonunadək ölkədə keyfiyyətli internet problemini həll edəcəyini bildirmişdi.
Deyilənləri reallaşdırmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Aztelekom dövlət- özəl tərəfdaşlığı çərçivəsində “Onlayn Azərbaycan” layihəsinə start vermişdi. Layihə bütün ölkə ərazisində biznesin və ev təsərrüfatlarının keyfiyyətli internetə əlçatanlığı təmin edən GPON infrastrukturunun qurulmasını nəzərdə tuturdu.
Bu gün bu məqsədlə həyata keçiriən “Onlayn Azərbaycan” layihəsinin yekun təqdimatı keçirildi.
Aztelekom layihənin uğurla yekunlaşdığını, ölkənin ən ucqar ərazilərində də keyfiyyətli internetə əlçatanlğın təmin edilyini diqqətə çatdırıldı. Hazırda sabit genişzolaqlı internet istifadəçi sayının 3 milyona çatdırıldığı bildirilib.
Həqiqətən də qeyd edim ki, qısa zaman çərçivəsində görülən iş nəhəngdir. Təxminən 15-20 il olardı ki ölkədə bu problem vardı. Xatrıladıram ki 10 il öncə, 2014-cü ildə hökumət bu problemin həlli üçün Dövlət Neft Fondunun büdcəsində 0.5 milyard manat nəzərdə tutmuşdu. Hansı ki sonralar hökumət müxtəlif səbəblərdən bu pulu nazirliyə verməkdən imtina etdi. Amma problem də həll edilməmiş qaldı.
İndi görünən budur ki, Nazirlik, Aztelekom dövlət-özəl tərəfdaşlıqla daha az xərcləməklə ölkənin bu nəhəng problemini birdəfəlik həll ediblər.
İndi ən ucqar ərazilərdə də ev təsərrüfatları və biznes üçün, təhsil, mədəniyyət və sosial müəssisələr üçün keyfiyyətli internetə əlçatanlıq yaradılıb.
Bu cür nəhəng işin reallaşmasına görə nazir Rəşad Nəbiyevin, Aztelekom komandasının, layihədə iştirak edən partnyorlar və provayderlərin, vendorlar və digər əməyi keçənlərin fəaliyyəti çox təqdirəlayiqdir.
Əlbəttə, belə nəhəng layihənin reallaşmasında çatışmazlıqlar, risklər və problemlər də qaçılmazdır.
Xüsusilə də bugünkü təqdimatda da qeyd etdiyim kimi internetin əlçatanlığında infrasturukturla yanaşı 2-ci vacib faktor olan qiymət məsələsi mühüm əhəmiyyət kəsb edir.
Antiinhisarın da qeyd etdiyi kimi hələlik ölkədə internet qiymətləri ilə bağlı vətəndaşların seçim imkanlarında problemlər var.
Ötən ilin 15 avqustunda bütün provayderlər minimal tarifləri eyni anda 25 manat müəyyənləşdiriblər.
Xüsusilə də regionlarda biznesə və adi istifadəçiyə eyni qiymət tətbiqi doğru yanaşma deyil.
Eyni zamanda adambaşına düşən milli gəlirlərdə internet xərcinin payı, orta əmək haqlarında internet xərcinin payı da onu göstərir ki internet qiymətlərində əhaliyə ehtiyaclarına uyğun seçim imkanlarının verilməsi doğru olardı.
Digər bir məqam isə Aztelekom-un bazarda xüsusi çəkisinin hədsiz artması ilə bağlıdır.
Aparılan uğurlu Onlayn Azərbaycan layihəsi nəticəsində biz həmçinin internet və telekom bazarında daha nəhəng dövlət şirkəti qazanmışıq.
Hansı ki bu qurum həm magistrala sahibdir, həm də pərakəndə internet satışını reallaşdırır.
Hazırda Aztelekom Nazirliyin əlindən alınıb və AZCON Holdinqin tərkibinə daxil edilib. Aztelekom-un Baktelekom-la birləşməsi də demək olar ki, yekunlaşıb. Aztelekom həm də ötən ildən bəkbon olaraq fəaliyyət göstərir.
Bu baxımdan düşünürəm ki, gələcəkdə rəqabətli mühitin inkişafı baxımından Aztelekom-un yalnız magistrala sahib olması, pərakəndə internet satışının özəlləşdirilməyə çıxarılması doğru olardı.
Ümid edirəm ki İKTA-nın bu tip məsələlərdə, həm də dövlətə məxsus rabitə şəbəkələrindən istifadənin tənzimlənməsində (bəzən görünür ki bir evin qarşısında 5-7 provayderin rabitə dirəkləri basdırılıb) rolu artacaq.
Beləliklə, düşünürəm ki, “Onlayn Azərbaycan” layihəsinin uğurla başa çatması ölkədə informasiya cəmiyyətinin formalaşmasına, rəqəmsal transformasiyaya, müxtəlif xidmətlərə, dövlət xidmətlərinə əlçatımlığa, biznesin inkişafına ciddi təkan verəcək.
“Onlayn Azərbaycan” layihəsinin uğurla başa çatmasında əməyi keçənlərin hər birisinə təşəkkürümüzü bildiririk.
P.S. Qeyd edim ki layihənin reallaşmasına informasiya dəstəyi göstərənlərə, o cümlədən bizə də təşəkkürnamələr təqdim edilib.