
Maskın sərmayə planı
Livandan dünəndən razıdır
Livandan dünəndən razıdır
Konsaltinq xidməti, yoxsa data ...
Tramp və Mask barışacaqmı?
Milyarder Trampla yaşadığı gərginliklə bağlı təəssüf mesajı yaydı
Milyarder iş adamı Bayden administrasiyası tərəfindən izlənilib
“Demokrat namizədləri dəstəkləsə, ciddi nəticələrlə üzləşəcək”
Vens: “Mask Trampın arxasınca getməklə böyük səhv etdi”
Sanksiyalar – miflər və reallıq, uğur və uğursuzluq
Maskın ailəsi də Trampla söz duelinə reaksiya verib
Mask Trampla yaşanan gərginlikdən sonra yeni partiya yaratmaq ideyasını ortaya atıb
Mask Trampın arxasındakı gücü qiymətləndirə bilmədi
Ağ Evdə fikir ayrılıqları erkən başlayır
Xəsis Tramp da sözünün üstündə durmayıb onun arzusunun qarşısını kəsməyə çalışır
ABŞ prezidenti və milyarder iş adamı bir-birini məhv etməsinin səkkiz əsas yolu var
ABŞ qarışdı – Tramp-Mask döyüşü böyüyür
“Mən olmasaydım, o, seçkini uduzardı”
Ukrayna uğrunda müharibə həm də göydə gedir. Rusiya var qüvvəsilə Starlinki sıradan çıxarmağa , siqnallarını söndürməyə və əngəlləməyə çalışır. Amma İlon Maskın komandası dərhal peykin proqram təminatlarında yeniləmə və yeni kodlar əlavə etməklə kiber hücumun qarşısını alırlar.
Hazırda Ukraynada Starlinkin nəinki kritik qurumlarda, artıq mülki sektorda , vətəndaşlar arasında da istifadəçiləri xeyli artıb. Hazırda bu ölkədə 150 min istifadəçi Starlinkdən internet alır.
Bu isə Rusiya ordusunun işğalçılıq addımlarını xeyli çətinləşdirir.
Bu kiber müharibədə iş o yerə çatıb ki, Mariupol döyüşçülərini də Starlink interneti ilə təmin etdiyinə görə Roskosmosun baş direktoru Roqozin İlon Maska hədə qorxu gəlib.
Hələlik isə Ukrayna səmasında da kiber döyüşlər davam edir.
Maraqlıdır ki, ABŞ-ın Müdafiə Nazirliyinin kiber mübarizə üzrə rəhbərliyi İlon Maskın komandasının və istifadə etdikləri texnologiyaların kiber müharibə sahəsində daha çevik və effektiv olduğunu bildirib.
Azərbaycanda Starlinkin fəaliyyətə başlaması haqqında.
Starlnikin fəaliyyəti üçün iki şərt ödənilməlidir.
Ölkə, ərazi Starlink peyklərinin əhatə dairəsinə daxil olmalı və ən əsası da həmin ölkənin tənzimləyici qurumu onun fəaliyyətinə icazə verməli, ən azı şərait yaratmalıdır.
Artıq Starlinkdə Azərbaycanın ərazisinin də əhatə edildiyi görünür. Qalır tənzimləmə məsələsi. Bu isə hökumət səviyyəsində həll edilməlidir.
Çünki, Starlink peyk internet xidməti olduğundan, burada söhbət yalnız siqnalın qəbulundan deyil, onun peykə ötürülməsindən də gedir. Peyk siqnalının qəbulunun sərbəst və lisenziyasız olmasına baxmayaraq, siqnalın ötürülməsi lisenziyalı xidmətdir.
Yəni Starlinkin ölkədə quracağı ötürücü stansiya üçün mütləqdir ki icazə alınsın və şərait yaradılsın.
Əlbəttə, Ukraynada olduğu kimi, qonşu ölkələrin peyk stansiyalarından da istifadə oluna bilər.
Bizdə tənzimləyici qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyalar Agentliyidir. Təəssüf ki, uzun müddət keçməsinə baxmayaraq indiyədək bu qurumun Nizamnaməsi və rəhbərliyi təsdiqlənməyib.
Yeri gəlmişkən, bunun özü də bir xeyli düşündürücü məsələdir ki, kifayət qədər əhəmiyyətli dövlət qurumları olan İKT Agentliyi və Rəqəmsal İnkişaf Agentliyinin 2 ay ərzində Nizamnamələrinin təsdiqlənməsi nəzərdə tutulsa da 7 aydır ki onlardan xəbər yoxdur.
Hazırda tənzimləmə səlahiyyətləri RİNN-dədir.
Ümid edirəm tez bir zamanda İKT sektorunda tənzimləyici qurum forrmalaşar və ölkədə alternativ internet təminatı məsələsinə də bir əncam çəkilər.
Düşünürəm ki, Peyk interneti nə qədər baha olsa da, Ukrayna müharibəsi də göstərdi ki, alternativ olaraq, informasiya təhkükəsizliyi və milli təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.
Yəni, internet məhz alternativliyi sevir
Bu baxımdan Starlinkin ölkəmizdə fəaliyyətə başlamasına şərait yaratmaq doğru olardı.