vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNEY  
15:56 | 22 fevral 2025 | Şənbə Məqaləyə 210 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağ Zəfərinin davamı

Bütöv Azərbaycan naminə çox böyük uğurlara imza atma zamanı

E.HƏSƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

2021-ci ilin oktyabrında Hüseyniyyə məscidi ilə yanaşı İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin nümayəndəsinin Bakıdakı ofisi də fəaliyyətini dayandırdı. Xameneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Necati ölkəmizdə İrana bağlı ciddi bir şəbəkə yaratmışdı. Azərbaycan ortaya iradə qoydu və bu biabırçılıq sona çatdı. Nəticədə İranın Azərbaycana ən sanbalı təzyiq vasitələrindən biri sıradan çıxarıldı. Buna baxmayaraq, İranın şiəlik faktoru üzərindən Azərbaycana təsir imkanları hələ də mövcuddur...

Ən maraqlısı odur ki, indi əks proses gedir və Azərbaycanın İrana təsir imkanları getdikcə güclənir. İran bunu görür, ancaq prosesin qarşısını almaq gücündə deyil. İranda türk təbliğatı artıq prezident səviyyəsində gedir. “Mən türkəm” deyərək İranın türk nüfuzunun hesabına prezident seçilən Məsud Pezeşkian türkcə xüsusi məna daşıyan şerlər deyir və türk dili İranı silkələyir, fars şovinistlərini qorxuya salır. Məsud Pezeşkiana belə türkcə şer deməsinə imkan vermədilər, ancaq o susmayacaq. Məqamı gələndə o, yenə türkcə şerlər deyəcək, məsəllər çəkəcək...

Bəli, Ayətullah Əli Xameneyi də bir neçə dəfə türkcə danışıb. Ancaq o, türkcəni Təbriz kimi şəhərlərdə “Azərbaycan oyaqdır, İnqilaba dayaqdır” kimi şüarlar səsləndirmək, yəni fars şovinistlərinə xidmət etmək üçün istifadə edirdi. İranın talış əsilli prezidenti Mahmud Əhmədinejad da türkcə şerlər deyərdi...

Əslində bu, belə də olmalıdır. Çünki İran coğrafiyasında türklərin sayı və sanbalı çox yüksəkdir. Məsələn, ABŞ ingilisdilli dövlətdir. Ancaq bu ölkədə ispan dilinin xüsusi çəkisi var. Əhalinin ən azı 50 milyonu ispan dilində danışır. Ona görə də ABŞ-da prezident seçkiləri zamanı namizədlər bu kateqoriyada olan seçicilərin səsini almaq üçün ispan dilində çıxış edirlər. Barak Obama dəfələrə bu üsuldan istifadə edib...

Görünən odur ki, İranda türk şüuru, türk düşüncəsi xüsusi status qazanır. Türkiyə mediası bu məqama xüsusi həssaslıqla yanaşır və bunu qabarıq şəkildə ekrana daşıyır.

Deməli, Arazın o tayında türk dili uğrunda prezident səviyyəsində mücadilə gedir, bu tayında isə rusbaşlar deyir ki, türk dili (Türkiyə tükcəsi nəzərdə tutulur) Azərbaycan dilinə (Azərbaycan tükcəsi nəzərdə tutulur) təhlükədir.

Bir şeyi də deyim. İranda türk şüurunun güclənməsinə təkan verən əsas amil şübhəsiz ki, Qarabağ Zəfəri ilə bağlıdır. Bu möhtəşəm Zəfər türkləri yenidən bir araya gətirdi.

Mən əminəm ki, İran coğrafiyasına da tezliklə türklüyün möhtəşəm bayrağı sancılacaq. Təxminən son min il ərzində olduğu kimi İran yenidən türk hakimiyyəti altına dönəcək...

Məsud Pezeşkianı təkcə İran türkləri sevmir. Azərbaycanda da bu mübarək şəxsiyyətə sonsuz ehtiram var. Türkiyədə də türk düşüncəsinə sahib bir şəxsiyyət kimi onu çox sevirlər. Xalqın yanında olan, onun istək və arzularını həyata keçirən Məsud Pezeşkian bütöv Azərbaycanın təməlini atan kişilərdən biridir. Əminəm ki, İlham Əliyevlə əl-ələ versələr, Azərbaycan naminə çox böyük uğurlara imza atarlar...