

İtaliya polisi qaçaqmalçılıqla məşğul olan şəbəkə ifşa edib
Qətnamə qəbul edilərkən erməni spikerin senatda olması şübhələr oyadıb
Rusiyayönlü hakerlər saytlara kiber hücum təşkil edərək ondan çox həssas qurumun işini iflic edib
XIII əsr İtalyan dənizçinin Bakı haqqında qeydləri
İtaliyada Siciliya mafiyasına qarşı əməliyyat 130 şübhəli həbs olunub
Venesiya turist vergisini ikiqat artırıb
Reyçel Mussolini insan haqlarına görə baş nazir Meloninin partiyasını tərk edib
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
İtaliyada tibb işçilərinə qarşı zorakılıq xəstəxanaların təhlükəsizliyini şübhə altına alır
Binaların damı uçub, ağaclar qırılıb, 4 alpinist itkin düşüb ...
İtaliyada ictimai nəqliyyat işçilərinin etirazı insanları yağışlı havada yollarda qoyub
İtaliya nüvə enerjisinə qayıtmağı müzakirə edir
Meyitlərin 21 nəfər itkin düşənlərə aid olduğu güman edilir
Soyuq qış aylarında Ukraynanın təcili ehtiyacları danışıqlarda gündəm olub
İtaliyanın mədəniyyət naziri sosial media fenomeni ilə münasibətinə görə istefa verdi
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
Həftə sonu Romanın şimalında, Rieti şəhəri yaxınlığında antifaşist karnavalında baş nazir və ifrat sağçı İtaliya Qardaşları (FdI) lideri Corca Meloninin faşist salamı verən heykəli yandırılıb.
Sözügedən maketin Poggio Mirtetoda karnavalda alovlanan görüntülərində insanların “Hamımız faşizmə qarşıyıq” şüarları səsləndirdiyi görünür.
Sosial media platformalarında tez-tez yayılan görüntülərdən sonra hadisəni pisləyən və Meloni ilə həmrəylik ifadə edən mesajlar paylaşılıb.
***
Parlamentin yuxarı palatası olan Senatın prezidenti İqnazio La Russa baş nazirə yaxınlığını ifadə edərək, “Corca Meloni təsvir edən manekenin yandırılması yalnız nifrətə səbəb olan və heç bir əsası olmayan çirkin və təhlükəli bir hərəkətdir”, – deyib.
Baş nazirin müavini və xarici işlər naziri Antonio Tacani də “X” platformasında, “Bu qəbul edilməz bir hərəkətdir Pocco Mirtetoda baş verən o alçaq hadisəyə görə Baş nazir Meloni ilə tam həmrəyliyimi bildirirəm”, – deyib.
Meloninin FdI partiyasından olan senator Lusio Malan, hadisənin “son dərəcə pis zövqün məhsulu və müxtəlif siyasi xadimlərin bəyanatları ilə qızışdırılan nifrət mühitinin nəticəsi”, – adlandırıb.
Avropa Parlamentinin ana müxalifətdəki Demokratik Partiyasından (PD) olan üzvü Stefano Bonaccini də baş nazir Meloni ilə həmrəyliyini ifadə edərək, meydanlarda heykəllərin və ya bayraqların yandırılmasının qəbuledilməz olduğunu bildirib.
Bəzi sosial şəbəkə istifadəçiləri də faşizmə qarşı olduqlarını, lakin belə bir hərəkəti qəbul etmədiklərini bildiriblər.
Ölkədəki bəzi siyasi şərhçilərə görə, 2022-ci il seçkilərində qalib gələn FdI lideri Corca Meloni İkinci Dünya müharibəsindən sonra ölkədə ən sağçı hökuməti formalaşdırıb.