
5 faizlik tələbi yerinə yetirmək üçün üsul
İtaliya NATO hədəfinə çatmaq üçün hansı strategiyanı izləyəcək?
İtaliya NATO hədəfinə çatmaq üçün hansı strategiyanı izləyəcək?
Milanda asfalt əriyib
Ölkə sürətlə qocalır, işçi çatışmazlığı getdikcə artır
Həddindən artıq istilərlə əlaqədar 21 şəhər üçün həyəcan təbili
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Çoxsaylı reyslər ləğv edilib
50 faiz tələbi olarkən, gələn seçici sayı 30 faizi keçmədi
Yaşayış müddəti 5 ilə endirilə bilər
Etnada püskürmə niyə bu dəfə fərqlidir?
Dağın üzərində kül buludu turistlər heyrətləndirib
Almaniya vizası qara bazara düşdü
Mariya Karolina motosiklet qəzası keçirdi
İtalyan mafiyaları arasında yeni dövr
Romada artefakt oğurlayan alman turist yaxalanıb
“Dövlət içində dövlət” adlandırılan ən güclü cinayətkar qruplaşma “Ndrangheta”ya qarşı böyük əməliyyat
Keçmiş kansler İtaliyada təkbaşına pizza yeyərkən görüntülənib
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Zaxarovanın İtaliya prezidenti Mattarellanın ünvanına söylədiyi fikirlərə görə, Rusiyanın Romadakı səfiri İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.
İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani Rusiya rəsmilərinin İtaliya prezidenti Sercio Mattarellaya ünvanladığı şərhləri pislədiyini və Rusiyanın Romadakı səfirinin nazirliyə çağırılması əmrini verdiyini açıqlayıb.
Prezident Mattarellanın Ukraynaya təcavüzünə görə Rusiyanı nasist Almaniyası ilə müqayisə etməsi və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın ona sərt cavab verməsi ilə keçən ay Roma və Moskva arasında başlayan diplomatik böhranın sona çatdığı düşünülsə də, bu gün yenidən alovlanıb.
Mətbuat katibi Zaxarovanın prezident Mattarellanın "Rusiya nüvə silahından istifadə etməklə hədələyir" deməsinə cavab olaraq "Bu yalandır. Bu doğru deyil. Bunun üçün cavab verilməlidir" açıqlaması İtaliyada etirazlara səbəb olub.
Baş nazirin müavini və xarici işlər naziri Tacani “X” platformasında etdiyi paylaşımda, "Prezident Sergio Mattarellaya qarşı edilən şifahi hücumu bir daha şiddətlə qınayıram. O, sülh adamıdır, ölkənin və Avropa Birliyinin simvoludur. Bu səbəbdən Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasını tapşırmışam. Prezidentə ən səmimi dəstəyimi bildirirəm”, – deyib.
Hökumətin kiçik ortağı olan və zaman-zaman Rusiyayönümlü mövqeyi ilə tənqid edilən ifrat sağçı Liqa Partiyası bu son böhranla bağlı açıqlama verərək, "Liqa həmişə milli suverenliyin qorunmasının tərəfdarıdır. Prezidentlə həmrəy olmaq və tonu aşağı salmaq lazımdır. Hər kəs nəhayət sülhə nail olmaq üçün çalışmalıdır”, – deyib.
Senatın sədri İqnazio La Russa da Rusiya rəsmisinin prezident Mattarellaya qarşı şərhlərinin “qəbuledilməz” olduğunu bildirib.
***
Prezident Mattarella fevralın 5-də Marsel Universitetində fəxri doktor adını aldığı mərasimdəki çıxışında Ukraynanı işğal etdiyinə görə Rusiyanı nasist Almaniyasına bənzətmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 14-də paytaxt Moskvada keçirdiyi mətbuat konfransında Mattarellanın açıqlamalarını tənqid edərək, bunları “müqəddəs dəyərlərə qarşı aqressiv münasibət” kimi qiymətləndirmişdi. Zaxarova bildirmişdi ki, İtaliya İkinci Dünya Müharibəsi zamanı Rusiyaya hücum edib.
İtaliyada iqtidar və müxalifət partiyaları Zaxarovanın sözlərinə reaksiya verib.