

Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
İsrail, ABŞ, və Azərbaycan arasında danışıqlar gedir
... Azərbaycan və Türkiyənin ortaq taleyinin simvolu
Bir kitabdan daha artığı
Zəngəzur dəhlizi və regional geosiyasi perspektivlər
Xəzərin dibi ilə çəkiləcək internet kabeli layihəsinə start verilir
Ermənistanın hüquqi əngəlləri aradan qaldıracaq yeganə çarəsi
GUR: “Rusiya Ukraynanın Azərbaycan və Ermənistanla münasibətlərini korlamağa çalışır”
Rusiya itirə-itirə gedir
Minalar can almaqda davam edir
Rəsmilərin son səfərlərindəki pərdəarxası məqamlar
Sülhün yeganə istiqaməti – Azərbaycanadır
Və yaxud, fransızlar nə üçün ingilis dilinə soyuq münasibət bəsləyir?
Azərbaycanda ideoloji siyasətin önü açılmalıdır
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Qətnamə qəbul edilərkən erməni spikerin senatda olması şübhələr oyadıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 5-də İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasına səfər etdi.
İğdır-Naxçıvan qaz boru kəməri regional enerji xəritəsinin tərtibində mühüm əhəmiyyət kəsb edərək Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər əraziləri ilə əlaqəsində dönüş nöqtəsini təqdim edir.
Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında deyib ki, layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı enerji problemindən xilas etmiş olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində Azərbaycanla daha əvvəlki strateji təşəbbüsləri tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyin bir nişanəsi olacaq.
BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək.
Layihə Azərbaycandan gələn qazın Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülməsi ilə reallaşır.
Göründüyü kimi, bu layihə Azərbaycan və Türkiyənin əvvəlki illərdə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin (Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi, TANAP) məntiqi davamı olaraq müttəfiqlik geosiyasətinə yeni rəng verəcək.
Azərbaycan və Türkiyə strateji müttəfiqliyi ümumi planda enerji və geosiyasətin birləşməsini regional sabitliyin meyarı kimi təşviq edir. Enerji diplomatiyası Cənubi Qafqazdakı maraqların kəsişməsində çətinlikləri və imkanları izləmək fonunda xüsusi bir dəyər qazanır. Beləliklə, Azərbaycan və Türkiyə yaranan riskləri müəyyən etmək, regional enerji mənzərəsinin təhlükəsizlik mühitinə təsirləri haqqında daha aydın təsəvvür yaratmaq üçün tendensiyalar üzərində işləyir.
Səfərin Azərbaycan-Ermənistan münasibətləri kontekstində əhəmiyyəti.
Səfər zamanı Ankarada Azərbaycan və Türkiyə liderlərinin təkbətək görüşü olub. Görüşə İkinci Dünya müharibəsindən sonra formalaşmış institutların, təhlükəsizlik arxitekturalarının dağılması və və qlobal nizamsızlığın hökm sürdüyü şəraitdə konseptual qiymətləndirmə vermək olar. Hazırkı çoxqütblü dünyanın üç böyük gücünün – ABŞ, Rusiya və Çinin ambisiyaları, nüfuz dairələrini formatlamaq uğrundakı mübarizələri və sövdələşmələri bütün regionlara təsirlərini göstərir.
Liderlərin müzakirələri həm də üç qlobal mərkəzin Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya, Transatlantik məkan üzərindəki maraqları ilə diqqət çəkir.
Cənubi Qafqaz ABŞ ilə Rusiyanın Ukraynadakı müharibə üzərindən qurduğu sövdələşmə mexanizmindən, Çinin buna verə biləcəyi reaksiyalara regional həssaslığını saxlayır. Azərbaycanla Türkiyə buna görə də resurslarını daha sıx birləşdirməyi, strateji qüdrətini daha da artırmaq imkanlarını müzakirə etmək üçün prezidentlərin müzakirələrini aktuallaşdırır.
Bakı ilə Ankara arasındakı ali səviyyəli müzakirələr qlobal və regional çağırışların effektiv həlli üçün yol xəritəsini hazırlayır. İlk növbədə, Azərbaycan və Türkiyə ABŞ, Rusiya və Çin arasındakı faktiki bölgülərin yarada biləcəyi atmosferə səmərəli və faydalı əməkdaşlıq niyyətləri ilə daxil olmağı hədəfləyir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı Azərbaycanla Türkiyənin həm geoiqtisadi, həm geosiyasi, ümumilikdə isə strateji manevr imkanlarını çevikləşdirən səhnədir. TDT çərçivəsindəki iqtisadi məhsuldarlıq, türk dövlətləri daxilindəki bütün sahələr üzrə həmrəylik Avrasiya geosiyasətindəki təhlükəsizlik indikatoru kimi çıxış edir.
Lakin TDT üzrə tamamlanacaq işlər də var ki, bu da Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizi ilə əlaqəli şəkildə üzə çıxır. Bu mənada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, sülh gündəliyi və onların Zəngəzur dəhlizi parametrlərindəki nişanələri xüsusi əhəmiyyət kəsb edir.
İkincisi isə Azərbaycanla Türkiyənin müttəfiqlik əlaqələri və hərbi-texniki əməkdaşlıq modeli güclü çəkindiricilik qabiliyyətinə malikdir. Regionda ambisiyalar formalaşdırmaq istəyən bütün güclər bu faktla hesablaşırlar.
Ermənistanın isə regional izolyasiyası və silahlanmasına rəğmən Azərbaycanın yaratdığı geosiyasi reallıqları geri oxuda bilmək qabiliyyətindən məhrum olması onun qarşısına sülh gündəmində layiqli tərəf olmaq seçimini qoyur.
Çünki Azərbaycan və Türkiyə strateji ittifaqı fonunda:
– TDT və ikitərəfli münasibətlər zəminində yeni dünya nizamında yüksəliş dövrünü yaşayan Çinlə müttəfiqlik əlaqələri yaranır. Bu, qiymətli Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda rol alan (Orta Dəhliz) Azərbaycanın, Qazaxıstanın və Türkiyənin əhəmiyyətini gücləndirir;
– ABŞ Prezidenti Donald Tramp administrasiyasının yürütdüyü siyasətə uyğun şəkildə Vaşinqtonla əlaqələrdə yeni səhifənin açılacağı ehtimalları güclənir. Bunun fonunda ABŞ ilə Ermənistan arasında imzalanmış Srateji Tərəfdaşlıq Xartiyasının İrəvan üçün effektivliyi və praktiki əhəmiyyəti qalmır;
– Türkiyə NATO-nun güclü orduya və döyüşən canlı qüvvəyə malik ölkəsi kimi Qərblə əlaqələrindəki problemlərini aradan qaldırır. Bu, Azərbaycanın da NATO ilə əməkdaşlıq kanallarının şaxələnməsində böyük üstünlüklər yaradır;
– Rusiya ilə əlaqələrdə bərabərtərəfli hüquq və təhlükəsizlik bölgüsünə əsaslanan münasibətlər sistemi qurulub və Moskva Bakı-Ankara müttəfiqliyi ilə əlaqələrə üzləşdiyi geosiyasi risklərə görə xüsusi əhəmiyyət verir,
– Yaxın Şərqdə strateji olaraq zəifləmiş İran Cənubi Qafqazdakı siyasətini Bakı-Ankara müttəfiqliyi ilə uyğunlaşdırılmış şəkildə qurmağa məcburdur.
Donald Tramp administrasiyasının da İranla bağlı strategiyası Tehranı region ölkələri ilə əməkdaşlığa təşviq edir və burada artıq Ermənisanla bağlı qırmızı xətlər unudulur.
Göründüyü kimi, Ermənistanın qlobal və regional proseslərdəki onsuz da zəif olan mövqeləri daha təhlükəli vəziyyətlə üzləşir.
Belə olduğu təqdirdə, Ermənistanın təhlükəsizlik qarantiyası üçün Azərbaycan və Türkiyə strateji müttəfiqliyinə müraciəti İrəvanın gələcəyi baxımından ağlabatan olardı. Hərçənd ki, Ermənistan hələ nə Zəngəzur dəhlizi ilə əlaqədar konstruktiv mövqe sərgiləyir, nə də Azərbaycanla sülh gündəliyinə birdəfəlik sadiqlik göstərir.
NƏTİCƏ:
Azərbaycan və Türkiyə liderlərinin görüşündən aşağıdakı nəticələri çıxarmaq olar:
Birincisi, İğdır-Naxçıvan qaz boru kəmərinin açılışı iki dövlətin geosiyasət və enerji təhlükəsizliyindəki gələcək istiqamətlərə hərtərəfli baxışının ifadəsidir.
İkincisi, Azərbaycan və Türkiyə çox geniş kontekstdə regional və qlobal portfelləri müzakirə predmetinin mərkəzinə gətirməklə kəskin qütbləşməyə məruz qalan dünyada imkanlarını inkişaf etdirir.
Üçüncüsü, Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin perspektivini regional təhlükəsizlik gündəminə uyğunlaşdıraraq İrəvanı sülhə tələsdirirlər. Bu, İğdır-Naxçıvan qaz kəmərinin NMR ilə quru əlaqəsinin yaradılması baxımından yaratdığı presedentin əhəmiyyətində Zəngəzur dəhlizinin açılması imkanlarını şaxələndirir.