
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Tramp Kanadanın baş naziri Karninin üzünə dedi
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ prezidenti Donald Trampın fevralın 28-də Oval kabinetdə Vladimir Zelenskini qəbul edib, Ukrayna prezidenti ilə kameralar qarşısında mübahisə etməsindən sonra imzalana bilməyən nadir torpaq elementləri sazişinin taleyi maraqla gözlənilir.
Londonda yerləşən “The Financial Times” (FT) Vaşinqtonun Konqo Demokratik Respublikası (KDR) ilə oxşar saziş üzrə danışıqlar apardığını bildirib.
Mis, kobalt və uranla zəngin olan Mərkəzi Afrika ölkəsindəki Feliks Çisekedi hökümətinin Tramp administrasiyasına verdiyi məlumata görə, ABŞ Konqoya dəstəyi müqabilində nadir minerallara çıxışı artıra bilər.
Keçən ay edilən təklifdə yardım müqabilində kəşfiyyat hüquqlarının verilə biləcəyi vurğulanıb.
FT-nin rəsmi sənədlərə və bu məsələ ilə bağlı bilavasitə məlumatı olan insanlara əsaslanan hesabatına görə, son günlər danışıqlar daha ciddi xarakter alsa da, hələ də keçilməli olan bir neçə maneə var.
KDR-də 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrup orduya qarşı mübarizəni davam etdirir. Yeni illə birlikdə qarşıdurmalarda da artım oldu.
Birbaşa Ruanda hökuməti tərəfindən idarə olunduğu iddia edilən və minlərlə əsgərin daxil olduğu təşkilat iki böyük şəhərə, Qoma və Bukavuya, eləcə də digər minerallarla zəngin bölgələrə nəzarət edir.
Bildirilir ki, Konqo səlahiyyətliləri ABŞ-la sövdələşmə edərək bu problemi həll etməyə çalışır.
Fevralın sonunda konqolu senator Pierre Kanda Kalambayi ABŞ dövlət katibi Marko Rubioya məktub göndərərək, Amerika şirkətlərinə əsgərləri öyrətmək və təchiz etmək müqabilində minalama hüququnu təklif edib.
Kalambayi bu addımın həm də onların ölkələrindəki Çin təsirini qırmağa kömək edəcəyini söylədi.
“The Financial Times” ABŞ Dövlət Departamentinin sözçüsündən sitat gətirir, “KDR qabaqcıl texnologiyalar üçün lazım olan mineralların əhəmiyyətli qlobal payına malikdir. ABŞ şirkətləri ilə əməkdaşlıq iki ölkənin də iqtisadiyyatlarını gücləndirəcək, daha çox ixtisaslı iş yerləri yaradacaq və ölkəni regional və qlobal dəyər zəncirlərinə inteqrasiya edəcək”.
Çisekedi hökumətinin sözçüsü Tina Salama “X”də verdiyi açıqlamada ABŞ-ın öz ölkələrindən qaçaqmalçılıq yolu ilə gətirilən mineralları birbaşa onlardan toplamaq üçün bölgəyə dəvət edildiyini təsdiqləyib.
Ağ Ev hələlik məsələyə münasibət bildirməyib.
“JS Held konsaltinq” şirkətindən İndiqo Ellis, KDR-dəki münaqişələrə diqqət çəkərək, “Bu, çarəsizlik hərəkətinə bənzəyir”, – deyib.
KDR-in şərqində təhlükəsizliyi təmin etmək məqsədi ilə 23 mart 2009-cu ildə region ölkələrinin imzaladığı sülh müqaviləsinin iflasından sonra 23 Mart Hərəkatı adı ilə ortaya çıxan təşkilat daha sonra M23 olaraq tanınmağa başlayıb.
M23 yaraqlılarının əksəriyyəti Ruanda prezidenti Pol Kaqamenin qəbiləsi olan Tutsilərdir.
Çisekedi 2023-cü ildə verdiyi açıqlamada lazım olsa Ruanda ilə döyüşə gedə biləcəklərini bilıdirib, Kaqame cavab olaraq “Biz müharibəyə hazırıq” deyib.
“Freeport-McMoRan” 2016-cı ildə geri çəkildikdən sonra heç bir Amerika mədən nəhənginin KDR-də heç bir əməliyyatı yoxdur.
Qrenlandiyanın Danimarkadan ələ keçirilməsi və Ukrayna ilə müqavilə imzalanması Tramp administrasiyasının kritik minerallara verdiyi əhəmiyyəti ortaya qoyur.