vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
11:48 | 4 mart 2025 | Çərşənbə axşamı Məqaləyə 332 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Asan imza” yenə çöküb

Nə şirkət, nə departament, nə də RİNN açıqlama vermir

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gündən başlayaraq “Asan imza” sistemi işləmir. Ölkənin bütün identifikasiya sistemi, xeyli sayda vacib biznes və dövlət xidmətləri məhz “Asan imza” üzərində “oturub” desək, yanılmarıq. Yəni çox sayda vergi, bank, mühasibatlıq xidmətlərini əldə etmək üçün mütləq Asan imza olmalıdır.

İndi təsəvvür edin ki, iki gündür ki bu sistem işləmir.

“Asan imza” vasitəsilə imzalama prosesini başa çatdırmaq, resurslardan və elektron xidmətlərdən istifadə etmək mümkün deyil. Bəzən də sistemin hədsiz yükləndiyi görünür.

Adətən “Asan imza”da tez-tez baş verən bu tip problemlər bir neçə saata həll olunardı. İndi isə problemi bir sutkadan çoxdur ki həll edə bilməyiblər.

Görəsən nə baş verib? Kiber hücummu olub, yeniləmə prosesində səhvlərmi baş verib? Kimdir günahkar?

Xatırladıram ki, “Asan imza” sistemi xarici şirkətə – “Best Solution”a məxsusdur.

Hələlik nə bu imzanın sahibi olan şirkət, nə də “Asan imza” şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir açıqlama verilməyib.

Güman ki, şikayətlər də çox olduğundan “Best Solution” şirkəti Çağrı Mərkəzinin 1847 nömrəsini də birdəfəlik xətdən ayırıb, qoşulmaq mümkün deyil.

Sadəcə biabırçılıqdır.

Prosesin nə qədər çəkəcəyi də bəlli deyil. Bütün bunlar isə doğru bir hal deyil, belə vəziyyət Azərbaycanın indiki inkişaf vəziyyətinə də uyğun olan bir yanaşma deyil.

Mövcud yeni qanunvericiliyin tələblərinə görə “Asan imza” sistemi də kritik infrastruktura aid edilməlidir.

Kritik qurumların siyahıları açıqlanmadığından indiki halda bunu demək də çətindir.

Lakin xeyli müddət fəaliyyət göstərməyən bir sistemin yaratdığı problem kütləvi xarakterlidir, bütün ölkə üzrə sahibkarlar və xidmət istifadəçiləri elektron xidmətləri əldə edə bilməyiblər. Sahibkarlar bununla əlaqəli öhdəlikləri yerinə yetirə bilməyiblər, əmək haqlarını verə bilməyiblər və s.

Sahibkarların, biznesin bununla əlaqəli problemlərdən çəkdiyi ziyanları kim ödəyəcək?

Ən maraqlısı odur ki, 3 ildir fəaliyyətə başlayan digər rəqəmsal imza, SİMA çox yerə inteqrasiya olsa da biznes sektoruna inteqrasiyanı başa çatdıra bilməyib.

E-qaimə, bütün növ vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi, əmək haqları ilə bağlı və s. xidmətləri əldə etmək yalnız Asan imza ilə mümkündür.

Görəsən kimlər maraqlıdır ki, imza sektorunda alternativlik, rəqabətli mühit olmasın?

SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, vergi sisteminə inteqrasiyasının başa çatmaması ilə bağlı da nə “Asan imza” sahibinin, nə Dövlət Vergi Xidmətinin, nə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) açıqlamaları indiyədək yoxdur.