

Banqladeş ilə sərhəddə taktiki-təlim əməliyyatı Hindistanı təlaşa salıb
Banqladeş ilə sərhəddə taktiki-təlim əməliyyatı Hindistanı təlaşa salıb
Hollandiya Ukraynanın PUA istehsalına dəstək olacaq
Şimali Koreya ilə Rusiya arasında yeni hərbi əməkdaşlıq
Lazerlər və PUA-larla bağlı inqilabi hərbi innovasiya
“4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
Bir gecədə 67 uzaqmənzilli uçuş aparatı qeydə alınıb
ABŞ ordusu 1 milyard dollar dəyərində PUA-nın tədarükü ilə bağlı müqavilə imzalayıb
Zibilləri də yığacaqlar
24 saat ərzində ikinci hadisə
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
ABŞ-ın kosmik dronu Yerə qayıtdı
“TB-2” zərbə dronları mümkün münaqişədə hansı rolu ola bilər?
General-polkovnik Zakir Həsənov ilkə imza atdı
Azərbaycan İsraildən erməniləri təşvişə salan «Orbiter 1K» kamikadze dronları alacaq
Martın 7-də “Baykar” tərəfindən həyata keçirilən “QIZILALMA”nı (“KIZILELMA”) son sınağını bir çox ölkə yaxından izləyib. Hindistan son uçuşundan sonra yüksək hazırlıq vəziyyətində gəlib.
“QIZILALMA”nın sınaq uçuşu ilə ölkəsinin narahatlıqlarını yenidən gündəmə gətirən Hindistan mətbuatı, "Qonşu ölkələrin qabaqcıl Türk PUA silahlanmasını nəzərə alaraq, Hindistan təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətindədir”, – deyib.
Ölkə mediası, ““Baykar” bu həftənin əvvəlində Leonardo ilə strateji əməkdaşlıq müqaviləsi imzaladı. Bu müqavilə şirkətin pilotsuz təyyarələri üçün Avropa bazarına qapılar aça bilər”, – yazıb.
***
“Baykar”ın hazırladığı Bayraktar” “QIZILALMA”nın müvəffəqiyyətlə keçdiyi sınağı yaxından izləyən “India Today”, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “QIZILALMA”nın Aerodinamik Sistem Tanıma Testini müvəffəqiyyətlə tamamladığına diqqət çəkib.
***
“Türkiyə PUA nəhəngi qabaqcıl sınaq uçuşunu təsdiqlədi: Hindistan üçün strateji təsirlər”, başlığı ilə xəbər dərc edən mətbuat, ölkəsinin qonşuları Banqladeş və Pakistan tərəfindən daha çox Bayraktar PUA-larına meyl etməsindən təşvişə düşdüyünü yazıb.
Avropa bazarına çıxmağı hədəfləyən “Baykar”ın 1,8 milyard dollarlıq ixracat reallaşdırdığı bildirilən xəbərdə, “Bayraktar PUA-ları ilə tanınan Türkiyənin PUA nəhəngi Baykar, ilk pilotsuz döyüş təyyarəsi – “QIZILALMA”sı hazırdır. Ukraynanın geniş şəkildə istifadə etdiyi “Bayraktar TB2” PUA-ları, Banqladeşin Hindistan sərhədindəki təlimlərində, o cümlədən yaxın keçmişdə Azərbaycan-Ermənistan arasında gedən müharibədə Rusiya silahların qarşı mübarizədə müvəffəqiyyət qazandı”, – deyllir.
“QIZILALMA”nın sınaq cədvəlinə uyğun olaraq müxtəlif sınaqlardan keçdiyini xatırladan Hindistan mətbuatı Türkiyədən “Bayraktar TB2” PUA-ları idxal edən Banqladeş və Pakistanın qabaqcıl texnologiyadan istifadə etməsi Hindistanı ciddi narahat edib.
***
Hindistan təhlükəsizlik qüvvələrinin mövqeyinə toxunulan xəbərdə, "Hindistan təhlükəsizlik qüvvələri qonşu ölkələrin sərhədə qabaqcıl PUA-ları yerləşdirmələrini nəzərə alaraq yüksək hazırlıq vəziyyətindədir. Türkiyə PUA-larındakı texnoloji irəliləyişlər və Pakistan və Banqladeşlə əlaqələri Hindistanın gələcək dron donanmasının hazırlanmasında mühüm faktor olaraq qəbul edilir", - deyilir.
***
Xəbərdə Baykarın “QIZILALMA”nın inkişafı zamanı ilk prototiplərdən əldə etdiyi təcrübəyə əsaslanaraq istehsal prototipində əhəmiyyətli dəyişikliklər etdiyi və təyyarənin avionik arxitekturasında təkmilləşdirmələr edildiyi bildirilib.
Hindistan mətbuatı pilotsuz təyyarənin yanma yanacağı ilə uğurla inteqrasiya olunmuş alternativ mühərriklə uçduğunu və güclü yeni mühərriki ilə təyyarənin səs sürətinə yaxınlaşmasının və aerodinamik təkmilləşdirmələrlə yüksək sürətlə daha yaxşı manevrlər etməsinin gözlənildiyini bildirib. "Yüksək situasiya fərqindəlik üçün AESA radarı ilə təchiz edilən “QIZILALMA”, ən çətin missiyaları yerinə yetirə biləcək.
***
“QIZILALMA” pilotsuz döyüş təyyarəsi süni intellekt infrastrukturu ilə dəstəklənir və təyyarədaşıyanlarda avtonom eniş və stansiyadan idarə olunan missiyalar və avtonom hava döyüşü kimi qabaqcıl imkanlar təmin edilib.
Xüsusi dizayn, aşağı radar kəsişməsi və müxtəlif silah arsenalına malik “QIZILALMA” gələcək əməliyyatlar üçün yüksək perspektivli bir aktiv olaraq ortaya çıxır.
“Baykar”ın bütün bu texnologiyaları öz qaynaqları ilə inkişaf etdirdiyini xatırladan Hindistan mətbuatı, şirkətin 2023-cü ildə 1,8 milyard dollarlıq ixracatla Türkiyənin bütün sektorlarında ən çox ixrac edən ilk 10 şirkət arasında yer aldığını bildirib.
***
Dünyanın ən böyük PUA ixracatçısı olan Baykar, qlobal uğurunu 2024-cü ildə də davam etdirib və gəlirinin 90 faizini ixracdan əldə edib.
Əlavə olaraq 1,8 milyard dollarlıq ixracat reallaşdırdığına diqqət çəkən Hindistan mətbuatı, Baykarın “Bayraktar TB2” PUA-ları üçün 34, “Bayraktar AKINCI” PUA-ları üçün isə 11 ölkə ilə ixrac müqaviləsi imzaladığını bildirdi. Bundan başqa Baykar, Avropanın ən böyük müdafiə şirkətlərindən biri olan “Leonardo” ilə pilotsuz texnologiyalar sahəsində ortaqlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində İtaliyada birgə PUA istehsalı həyata keçiriləcək.
“Leonardo S.p.A” (keçmiş “Finnmeccanica”) qərargahı İtaliyada yerləşən çoxmillətli aerokosmik və müdafiə şirkətidir. Şirkət 1948-ci ildə yaradılıb və 2018-ci ilə qədər dünyanın səkkizinci ən böyük müdafiə podratçısıdır. Şirkətin baş ofisi Romada yerləşir.