Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
23:07 | 23 avqust 2024 | Cümə
Məqaləyə 816 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Böyük Çin səddini ziyarət edən turistlər üçün pilotsuz uçuş aparatları (PUA) vasitəsilə yemək xidməti istifadəyə verilib. Pekində yerləşən Meituan şirkəti tərəfindən həyata keçirilən xidmət çərçivəsində Böyük Səddi ziyarət edənlərə tibbi ləvazimatlar, yemək və içkilər göndərilə bilər.
Paket xidməti Çin səddinin ən çox ziyarət edilən ərazisi olan Pekinin Badaling bölgəsi yaxınlığındakı bir hotelin damından qaldırılan pilotsuz uçuş aparatları vasitəsilə təmin ediləcək.
CNN-in məlumatına görə, bu, Pekində ilk dron çatdırılması xidmətidir.
Paket xidmətinin göstərildiyi ərazidə temperatur yüksəkdir və turistlər üçün əlçatan hər hansı bir obyekt yoxdur. Meituandan olan Yan Yan xidmət haqqında bunları, “Pilotsuz uçuş aparatları sayəsində 50 dəqiqəlik piyada məsafəni 5 dəqiqəyə səyahətlər edə, ziyarətçilərə yemək və təcili yardım çatdıra bilərik”, – deyib.
Turistlərin sifarişləri Meituan işçisi tərəfindən ən yaxın restoran və ya aptekdən götürülür və hotelə gətirilir. Məhsullar daha sonra damda gözləyən dronlara yerləşdirilir və Çin səddində gözləyən başqa bir işçiyə göndərilir. Sifariş buradan müştəriyə çatdırılır.
Mülayim külək və yağışda uça bilən dronlar 2,3 kiloqrama qədər yük daşıya bilir.
Saat 10.00-dan 16.00-a qədər göstərilən dron xidmətinin çatdırılma haqqı 4 Çin Yuanı (təxminən 10 manat) təşkil edir.
Bundan əlavə, dronlar göndərilən qablaşdırılmış yeməklərin və yardım materiallarının zibillərini toplayaraq təkrar emal məntəqələrinə aparacaq.
Çin Səddində xidmətə başlayan Meituan, ölkənin müxtəlif şəhərlərində 30 dron işlədir.