Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
10:15 | 11 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 348 dəfə baxılıb
Şriftin ölçüsü
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
“Deportasiya qoxusunu sevirəm”
Kanada Rusiya müdaxiləsinə qarşı hərəkətə keçdi
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
Kanada ABŞ mallarına tətbiq edilən bir sıra cavab rüsumlarını ləğv edəcək
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kanadanın ən sıx məskunlaşdığı Ontario əyalətinin qubernatoru Duq Ford, Vaşinqton administrasiyasının tariflər müqabilində ABŞ ştatlarına verilən elektrik enerjisinə 25 faiz əlavə rüsum tətbiq edəcəyini açıqlayıb. Ford mətbuat konfransında ABŞ-ın Kanadaya tətbiq etdiyi tariflərə qarşı dövlətin cavab tədbirlərini açıqlayıb.
ABŞ prezidenti Donald Trampın polad, alüminium, süd və taxta-şalban kimi məhsullara tətbiq etdiyi digər tarif təhdidlərinə işarə edən Ford, bu təhdidlər tamamilə aradan qaldırılana qədər geri çəkilməyəcəklərini bildirib.
***
Ford, bu xaosun sona çatması və ədalətli bir razılaşma tapmaq üçün birlikdə işləmək lazım olduğunu söyləyib. O vaxta qədər Ontario öz təsir imkanlarını maksimuma çatdırmaq üçün maksimum təzyiq tətbiq etməyə davam edəcək.
Bu çərçivədə Ford, bu gündən etibarən ABŞ-ın Miçiqan, Minnesota və Nyu-York əyalətlərinə elektrik enerjisi ixracatında yüzdə 25 əlavə ödəniş tətbiq edəcəklərini və bunun 1,5 milyon ev və iş yerini təsir edəcəyini bildirib.
***
Ford, lazım gələrsə, bu nisbəti artırmaqdan da çəkinməyəcəyini vurğulayaraq, “ABŞ bunu artırarsa, elektrik enerjisini tamamilə kəsməkdən çəkinməyəcəyəm. Bu ticarət müharibəsini başlatdığı üçün Amerika xalqına çox yazığım gəlir. Məsuliyyətli yalnız bir adam var, o da prezident Trampdır”, – deyib.
Ford birlikdə işləməyə üstünlük verdiyini vurğulayaraq, ən yaxın dostlara və müttəfiqlərə baha başa gələn tariflər tətbiq etməyin mənası olmadığını bildirib.
Ford, ABŞ bazarlarının trilyonlarla dollar dəyər itirdiyini, iş yerlərinin amerikalılar üçün risk altında olduğunu və xərclərin artacağını bildirib: “Bu belə olmamalıdır. Biz birlikdə işləyərkən daha güclü oluruq. Ümid edirəm ki, birlikdə işləməyə, iş yerləri yaratmağa, iqtisadiyyatlarımızı böyütməyə və hər iki ölkə xalqı üçün xərcləri azaltmağa qayıda bilərik”.
***
ABŞ-ın Kanada və Meksikadan idxal etdiyi məhsullara 25 faizlik gömrük rüsumları martın 4-dən başlamalıydı.
Tramp daha sonra sözügedən ölkələrin aprelin 2-dək “ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA)” çərçivəsində olan məhsullara tarif tətbiq etməyəcəklərini açıqlayıb.
ABŞ prezidenti Donald Tramp da ölkənin polad və alüminium idxalına tariflərin martın 12-dən qüvvəyə minəcəyini açıqlamışdı.