
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə salıb. İndi top Kremlin meydanındadır. Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılaşmasa amerikalı həmkarı Donald Trampı məyus edəcək. Halbuki, Tramp son aylarda Ukrayna Prezidenti Vladimir Zelenskini tənqid edir, Rusiya Prezidenti Vladimir Putini isə tərifləyirdi. Kreml sahibinin özü və ətrafı da Trampın ünvanına müsbət fikirlər söyləyirdilər. Ona görə də Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq. Bu halda Trampın Ukraynanı hansısa formada dəstəkləməkdən başqa alternativi qalmayacaq.
Vladimir Putin müvəqqəti atəşkəsə razılaşıb tələblərini səsləndirməkdə davam edə də bilər. Onsuz da Tramp Putinin Ukrayna ilə bağlı əsas tələblərini qəbul edib.
1. Ukrayna NATO üzvü olmayacaq;
2. Krımın və Ukraynanın şərq bölgələrinin Rusiyanın nəzarətində qalması şərti qəbul olunacaq.
Ancaq Putin bunlarla yanaşı Ukraynanın şərdə tam işğal edə bilmədiyi əraziləri də tələb edir. Əgər Putin atəşkəsə razılaşarsa, bu tələbindən bir müddət imtina etməli olacaq. Bütün hallarda atəşkəs problemin həlli deyil. Əlbəttə, Putin razılaşarsa Tramp atəşkəsi qələbəsi kimi qələmə verəcək. Ancaq keçmişdə Azərbaycan-Ermənistan qarşıdurmasında olduğu kimi Rusiya-Ukrayna qarşıdurmasında da atəşkəsin pozulması ehtimalları yüksəkdir. Ukraynaya isə başda ABŞ olmaqla heç bir Qərb ölkəsi təhlükəsizlik təminatı vermək istəmir. Təhlükə bundadır.