
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
Suriyanın Latakiya və ətrafında baş verən hadisələrdə ölənlərin sayı artır. Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi açıqlamaya görə, ölənlərin sayı 1000-i keçib. Ölənlərin 700-dən çoxunun yaxın məsafədən vurulan mülki şəxslər olduğu bildirilib.
Bildirilib ki, toqquşmalarda Əsədyönlü ünsürlərdən 148, Suriya hökumət qüvvələrindən isə 125 nəfər ölüb.
“Human Rights Watch” təşkilatının direktoru Rami Əbdülrəhman daha əvvəl demişdi ki, həyatını itirən mülki şəxslərin böyük əksəriyyəti Nusayrilərdir.
***
Latakiya və ətrafdakı hadisələrin Əsəd rejimi ünsürlərinin təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində baş verdiyi iddia edilir.
Martın 6-da Latakiyanın Ceble rayonunda baş verən bu hücumda 11 təhlükəsizlik əməkdaşı həlak olub.
Hücumdan sonra Suriya ordusu Latakiya və Tartusa yüzlərlə maşından ibarət əlavə qüvvələr göndərib. Əsəd rejiminin yaraqlılarını ələ keçirmək üçün əməliyyata başlayıb.
***
Cümə günündən etibarən Nusayri azlığının yerləşdiyi bölgələrin bəzi silahlı qruplar tərəfindən hədəfə alındığı bildirilir.
Nusayri kəndlərinin sakinləri “Associated Press”ə bildiriblər ki, hücumlarda ən çox kişilər hədəfə alınıb, küçələrdə və ya evlərində öldürülüb. O, baş verənləri “qisas hücumları” kimi qiymətləndirib.
Nusayrilərə məxsus bir çox evin talan edilərək yandırıldığı, həyatlarından qorxan minlərlə insanın yaxınlıqdakı dağlara qaçdığı bildirilir.
***
Suriya prezidenti Əhməd Şara Dəməşqdəki məsciddə açıqlama verib. Şara “Mümkün qədər milli birliyimizi, vətəndaş sülhünü qorumalıyıq. İnşallah bu ölkədə hamımız birlikdə yaşayacağıq. Bu ölkənin yaşamaq üçün gücü var. İndi baş verənlərin gözlənilən çətinliklərdir”, – deyib.
***
Əhməd Şara axşam saatlarında Latakiya şəhəri və ətrafında baş verən zorakılıqların videosunu yayıb.
Suriyanı vətəndaş müharibəsinə sürükləmək cəhdləri ilə qarşı-qarşıya qaldıqlarını bildirən Şara, “Köhnə rejimin qalıqlarının təslim olmaqdan başqa çarəsi yoxdur. Mülki insanlara zərər verən hər kəs cavab verəcək. Biz heç bir xarici və yerli qüvvənin Suriyanı xaosa və ya vətəndaş müharibəsinə sürükləməsinə icazə verməyəcəyik”, – deyib.
***
Suriya Müdafiə Nazirliyi martın 6-7-də hərbi və təhlükəsizlik əməliyyatları zamanı mümkün pozuntuları araşdırmaq və günahkarları mühakimə etmək üçün fövqəladə komitənin yaradıldığını açıqlayıb.
Komitənin əməliyyatlar zamanı komandanlıq göstərişlərinə əməl edilib-edilmədiyini ciddi şəkildə yoxlayacağı, qanun pozuntuları aşkar edildiyi halda məsul şəxslərin hərbi məhkəməyə çıxarılacağı bildirilib.
***
ABŞ və Rusiya Suriyada zorakılığın artması fonunda bazar ertəsi BMT Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırıb.
***
İspaniya hökuməti Suriyanın Latakiya əyalətində baş verən hadisələrin araşdırılmasına və günahkarların cəzasız qalmamasına çağırıb.
İspaniya Xarici İşlər Nazirliyi açıqlamasında, “İspaniya hökuməti Suriyada baş verən son şiddət hadisələrindən narahatdır. Bu hadisələr araşdırılmalı və günahkarlar cəzasız qalmamalıdır”, – deyilir.
“İstənilən fikir ayrılığı sülh yolu ilə həll edilməlidir. Suriya xalqının rəyinin yer aldığı bəyanatda bütün Suriya vətəndaşlarının iştirakı ilə dinc və əhatəli siyasi keçidin tərəfdarıyıq”, – bəyanatda vurğulanıb.