vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
10:11 | 26 fevral 2025 | Çərşənbə Məqaləyə 158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qanlı gecənin izləri

Xocalının qarları hələ də qırmızıdır

Əliməmməd NURİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəzən qarın ağlığı belə qanı örtə bilmir… O qış gecəsi Xocalının üzərinə düşən qan ləkələri donmadı, çünki o qan vicdanlara hopdu. Soyuq fevral gecəsində yalnız bədənlər yox, ədalət də donduruldu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Ermənistan silahlı qüvvələri və onların Xankəndidə yerləşən 366-cı motoatıcı alayı Xocalını yer üzündən silmək üçün hücuma keçdi. Bir gecənin içində 613 dinc sakin amansızcasına qətlə yetirildi. Onların içində 63 uşaq, 106 qadın, 70 yaşlı insan vardı. Minlərlə insanın taleyi dəyişdi – ailələr parçalandı, insanlar itkin düşdü, sağ qalanlar isə ömür boyu qəlblərində sağalmaz yaralarla yaşamağa məcbur oldu.

Bu, sadəcə müharibə cinayəti deyil – bu, bəşəriyyətə qarşı törədilmiş SOYQIRIMI idi! Məqsəd təkcə şəhəri yandırmaq deyildi, məqsəd Azərbaycan xalqının yaddaşını, kimliyini, tarixini silmək idi.

Lakin indi, 33 il sonra, Bakıda Xocalı soyqırımının törədilməsində iştirak edən bəzi şəxslərin məhkəməsi keçirilir. Bu, gecikmiş də olsa, ədalətə gedən yolun başlanğıcı ola bilər. Xocalının yaraları o gün sağalacaq ki, bu cinayət beynəlxalq hüquq səviyyəsində tam şəkildə tanınacaq və bəşəriyyət bu soyqırımın günahkarlarını cəzalandıracaq.

Xocalı qurbanlarının qanı yerdə qalmamalıdır! Bu məhkəmə təkcə Azərbaycanın yox, beynəlxalq ədalətin sınağıdır: Dünya Xocalı üçün ədaləti tanıyacaqmı?

Unutmaq – qurbanlara xəyanətdir!

Unutdurmaq – cinayəti davam etdirməkdir!

Xocalıya ədalət – insanlığa ədalətdir!