
“Hər şeyə hazırlıq”
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
İranda 700 bank zülmətə qərq oldu
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
“İranın hazırda 13 mindən çox qabaqcıl sentrifuqayası var”
Böyük bir sui-qəsd planı ifşa edildi
İran təyyarəsi təcili eniş edib
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Pashinyan imicə yatırım edib, reallıqdan qaçmaqda ittiham edilir
Raket istehsalına məhdudiyyətləri və uranın 2015-ci il versiyası...
Atası kimi fırıldağa meylli David Ruben qədər istedadlı deyil
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
“İrandan neft alan ölkələr cəzalandırılacaq”
Tehran sazişi “hər kəs qazansın” modeli kimi təqdim edir
Səfirliyin marşal planını oxşarı olan gizli sənədlərində Tehranın “imperiya ambisiyaları” üzə çıxdı
Dağıntılar və yaralılar var
İranın Ermənistandakı səfiri Mehdi Sobhani İrəvan orta məktəblərinin birində hərbi hazırlıq dərsinə qatılıb. İranı diplomatı bu addımı atmaqda məqsədi nə olub, kimə, nə mesaj ünvanlayıb?
İranın ermənipərəst “Miran Press” “Telegram” kanalı xəbər verir ki, sinifdə hərbi hazırlıq fənninin tədris prosesi ilə tanış olan səfir erməni şagirdlərə deyib ki, “Ermənistan və İran sülhə can atırlar. Onlar öz gücləri və dostluq dəstəyi ilə bu sülhü qoruya bilərlər”.
Səfir hara, hərbi hazırlıq dərsi hara?
Dünya diplomatiya tarixindən də bildiyimiz kimi səfirlər (və ümumiyyətlə, bütün diplomatlar) müharibələrdən uzaq durmağa çalışır, generallara çox soyuq yanaşır və savaşa yox, danışıqlara üstünlük verirlər.
Lakin İranın təxribatçı səfiri isə deyir ki, onlar güc yoluyla sülhü qoruya bilərlər.
Bir sözlə, səfir Sobhani masanın üzərindəki silahlara sülhün rəmzi kimi baxır.
Təsadüfi deyil ki, İranın regiondakı əsas müttəfiqləri olan Rusiya və Ermənistan da Cənubi Qafqazda məhz hərbi güc amilinə daha çox üstünlük verirlər. Bu üç şər dövlətin rəsmilərininin və diplomatlarının sülhdən danışmaqları imitasiyadan və manipulyasiyadan başqa bir şey deyil.
P.S. Mehdi Sobhani kimi şəxslərə diplomat yox, müharibə “qırğı”sı deyilir. Bunların missiyası sülh yox, çaxnaşma yaratmaq, müharibələr üçün zəmin hazırlamaqdır.