

Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Avropa səhiyyəsindəki təhlükəli boşluq müdafiə siyasəti strategiyasının ən böyük zəifliyidir
Avropanın silah idxalı son dörd ildə əhəmiyyətli dərəcədə artıb
İranda düşünürlər ki, Rusiya və Çinlə fəaliyyət hərbi əməliyyatdan çəkindirəcək
ABŞ-ın NATO-dan çıxmasına cavab: “Əlimizi cibimizə qoymağa hazır olsaq, seçimlərimiz var”
Almaniyanın avtomobil sənayesi Donald Trampın tariflərinə necə hazırlaşır?
Rusiyanın Ukraynanın şərqinə endirdiyi hava zərbələrdə yanğınsöndürəni vurublar
Fransanın nüvə potensialı ABŞ-a alternativ ola bilərmi, Almaniya nüvə silahı ilə bağlı qapıları açıq qoyur
Brüsselin qərarına Rusiyadan reaksiya gəldi
Britaniyada üç bolqar Rusiyaya casusluqda ittiham olunub
AB Türkiyə də daxil olmaqla 5 NATO ölkəsi ilə əməkdaşlığı artırmaq istəyir
Anlaşmaya qədər ...
Avropada ABŞ-dən “ayrılma” ilə bağlı fəal müzakirələr gedir. Təbii ki, Şimali Atlantika Tərəfdaşlığı (NATO) üzrə müttəfiqlər bir-biri ilə elə inteqrasiya olunub ki, klassik “ayrılma” alınmayacaq. Həm ABŞ-nin, həm də AB-nin qarşılıqlı maraqları var. Lakin Avropa Birliyinin strateji muxtariyyəti məsələsi AB-nin öz təşəbbüsü deyil, prezident Tramp dövründə ABŞ-nin siyasətinə reaksiyadır.
Avropada bu addımları könülsüz və istəksiz atırlar. Aydındır ki, Trampın 4 illik prezidentliyi dövrünü gözləmək və münasibətlərin əvvəlki səviyyəsini bərpa etmək qeyri-real görünür. Odur ki, əvvəllər ABŞ ilə tam koordinasiyada olan AB artıq təkcə Avropa səviyyəsində deyil, həm də digər regionlarla münasibətlər üzrə öz gündəliyini inkişaf etdirməli olacaq. Beləliklə, dünyanın konkret regionlarında AB-nin tərəfdaş ölkələri seçilməli, gözləntilərin və maraqların siyahısı tərtib edilməli, öz siyasətini həyata keçirmək üçün mexanizm və alətlər müəyyən edilməlidir.
Görünür, AB-nin strateji muxtariyyətinin müəyyən edilməsi kontekstində əsas problem Rusiya ilə münasibətlərin qurulması olacaq. Vaşinqtonun müstəqil şəkildə Moskva ilə münasibətlərin sabitləşməsinə və daha da normallaşmasına doğru addım atacağı təqdirdə Brüssel Kremllə münasibətlərinə yenidən baxmalıdır. Ağ Ev administrasiyası artıq bildirib ki, Rusiyaya qarşı sanksiyaları ləğv etmək vaxtı gələndə AB danışıqlar prosesində olacaq. AB-nin strateji muxtariyyəti Trampın rədd edilməsi çətin olan bu təklifi ilə sınaqdan keçiriləcək.
Bu gün AB liderləri belə mövqe tuturlar ki, ABŞ və Rusiya Ukraynada atəşkəsə nail ola bilsələr və Ukrayna rəhbərliyini atəşkəs şərtlərini qəbul etməyə sövq edə bilsələr belə, Avropanın Rusiyaya qarşı sanksiyaları ləğv edilməyəcək. AB ölkələrinin məqsədi Rusiyanı daha da zəiflətmək və çəkindirici vasitə kimi Ukraynanı gücləndirməkdir. Yəni, AB-nin Rusiya ilə münasibətləri qısa müddətdə normallaşmayacaq.
Beləliklə, strateji muxtariyyət kontekstində AB xarici siyasət fəaliyyətinin digər sahələrində ABŞ ilə bir araya gəlməməlidir. Məsələn, Çinlə münasibətlərdə AB-nin ABŞ-dən fərqli olan öz prioritetləri ola bilər. Bu kontekstdə AB-nin Rusiya və ABŞ-dən yan keçərək Çinlə əlaqə saxlaması vacib olacaq. Məlum olduğu kimi, Avropadan Çinə gedən quru yollarına Rusiya, dəniz ticarət yollarına isə ABŞ nəzarət edir. Bu nəzarətdən kənar Avropadan Çinə yeganə marşrut Türkiyə, Cənubi Qafqaz regionu, İran və Mərkəzi Asiya ölkələrindən keçəcək. Yəni, Orta Dəhliz yenidən aktuallıq qazana bilər.
Mərkəzi Asiya regionu AB siyasətinin digər bir sahəsinə çevriləcək. AB-Mərkəzi Asiya sammitinin aprelin əvvəlində keçirilməsi planlaşdırılır və bu sammiti Bakıda diqqətlə izləməyə dəyər. Mərkəzi Asiyaya yol Gürcüstan və Azərbaycandan keçir. Nəqliyyat məsələsi yeganə məsələdir ki, AB yüklərin həcmini regional marşrutlara yönləndirməklə Cənubi Qafqazda konstruktiv rol oynaya bilər.
Əgər AB Ermənistan üzərindən kommunikasiyaların açılmasında maraqlıdırsa, o zaman o, Bakının işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasının maliyyələşdirilməsində iştirak etmək üçün təkliflər hazırlamalı olacaq. Bakı ilə əlaqə qurmağın başqa yolu yoxdur. Ermənistana kömək etmək üçün Azərbaycanın təkliflərini qəbul etmək lazım gələcək. Çünki AB-Cənubi Qafqaz formatını rəsmiləşdirməyin vaxtı çatıb.
AB-Mərkəzi Asiya və AB-Cənubi Qafqaz formatlarında müzakirə olunan bütün bu təşəbbüslər təhlükəsizlik çətirinə malik olmalıdır, burada Türkiyənin AB üçün rolu mübahisəsizdir.
Göründüyü kimi, strateji muxtariyyət perspektivləri AB üçün qonşu və mühüm regionlarla əlaqələrin inkişafı baxımından çoxlu imkanlar yaradır. Bu kontekstdə AB üçün yeganə təhlükə, lazımi siyasəti həyata keçirə bilməyən lider ölkənin yanlış seçimidir. Məsələn, Fransanın Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqələrdə mənfi təcrübəsi var. Parisin Gürcüstan hökuməti ilə münasibətləri də mürəkkəbdir.