
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Piza qülləsinin əkizl ondan daha mailidir
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Dünyanın ən ləzzətli yeməyi bu üç şəhərdə
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
İtaliya Senatında bir neçə gün əvvəl “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnamə yekdilliklə – 112 səslə qəbul edilib.
Qətnamənin qəbulu zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyan İtaliya Parlamentində olub. “Mən bugünkü müzakirələrə, görüşlərə və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində atılan addımlara görə italiyalı tərəfdaşlarımıza təşəkkür edirəm”, – deyən Simonyan İtaliya Senatında keçirilən dinləmələrdə də iştirak edib. Alen Simonyan Senatın komissiyasının dinləmələrində çıxış edərək italiyalı deputatlara Ermənistanın mövqeyini çatdırıb, suallara cavab verib. Alen Simonyan İtaliya Parlamentində sülh sazişindən, baş nazir Nikol Paşinyanın “Sülh qovşağı” təşəbbüsündən, ölkəsinin Avropa Birliyinə interqasiyasından və Azərbaycan həbsxanalarındakı erməni əsirlərdən (oxu: cinayətkarlardan) danışıb.
İtaliya Avropa Birliyi ölkələri arasında Azərbaycanla ən sıx tərəfdaşlıq münasibətlər quranıdır. İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Roma Parisdən fərqli olaraq erməni separatizminə dəstək verməyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hər halda İtaliya Senatının qəbul etdiyi qətnamə Azərbaycan əleyhinə olmaz. Buna baxmayaraq, İtaliya Parlamentində Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarıyla bağlı dinləmələrə yalnız Ermənistan Parlamentinin sədrinin iştirakı sual yaradır. Niyə dinləmələrə və Azərbaycanla əlaqəli qətnamənin qəbuluna Ermənistan Parlamentinin sədri ilə yanaşı Milli Məclisin sədri də dəvət olunmayıb? Doğrudur, Milli Məclisin sədri Sahibə Qafarova bu ilin yanvar ayında İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının və İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşüb. Ancaq maraqlıdır ki, bölgəmizlə bağlı qətnamə Ermənistan Parlamentinin sədrinin iştirakı ilə qəbul olunub.