vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
21:16 | 10 mart 2025 | Bazar ertəsi Məqaləyə 62 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsrin etirafı...

Bədnam “böyük ermənistan” planının “tabut”una vurulan sonuncu mismar

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

38 il bundan öncə (1987/88-ci illər) Moskva və Parisdəki dayaqlarına arxalanıb “böyük ermənistan”, “miatsum” kimi qəsbkar, şovinist ideyaları ortaya atan ermənilər triumfal qələbəyə imza atacaqlarını, Naxçıvanı və Qarabağı götürəcəklərini və hətta Bakıya qədər irəliləyəcəklərini düşünürdülər.

Lakin onlar bu iblis ideyaları ortaya atanda heç ağıllarına da gəlməzdi ki, triumfal planları iflasa uğrayacaq və bu ideyaların “tabut”una sonuncu mismarlar da məhz Bakı məhkəməsində vurulacaq. 

Budur, Araik Harutyunyanın ardınca, keçmiş qondarma “dqr”in saxta “prezident”lərindən daha biri - Arkadi Qukasyan da artıq məhkəmədə həm özünü, həm də bütün erməni millətçilərini ifşa edən ifadələr verməyə davam edir.

Bu gün Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Arkadi Qukasyan təqsirləndirilən şəxs (müttəhim) qismində dövlət ittihamçılarının suallarını cavablandırarkən səsləndirdiyi şok etirafı həqiqətən də sərsəm “böyük ermənistan” planının “tabut”una vurulan sonuncu və öldürücü mismar hesab etmək olar.

Belə ki, A.Qukasyan prokurorun “Böyük Ermənistan” ideologiyası ilə razısınızmı?” sualına cavabında bu ideyanı nağıl adlandırıb: “Böyük Ermənistanla” bağlı... Çoxdandır nağıllara inanmıram. “Böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam”.

Qarabağın zorla Ermənistana birləşdirilməsi üçün əlindən gələni etmiş və işğal dövründə Azərbaycan xalqını qıcıqlandıran açıqlamaları ilə yadda qalmış bu xəyalpərəst separatçı-terrorçu ünsür indi Bakı məhkəməsinin kürsüsündə quzuya dönərək, özünü dünyaya realist insan kimi təqdim edir, əsrin etirafına imza atır və 38 il öncə aldatdıqları erməni xalqını bu gün “böyük ermənistan” nağılına inanmamağa çağırır.

Bu, həqiqətən də böyük inqilabi dəyişiklikdir.

Bəziləri nədənsə, məhbəs həyatının məhkumları islah etmədiyini, onları normal düşüncəyə yönəltmədiyini iddia edir. Ancaq separatçıların timsalında isə biz bu iddianın özünü doğrultmadığını görürük.

Türmənin ayıldıcı, sağlamlaşdırıcı gücünə baxın.

Ermənilər “Ermənistan” adlı eksperimental dövlətcikdə, monoetnik mühitdə, paralel aləmdə yaşadıqca, onların türkəfobiya zəhərindən könüllü surətdə xilas olmaları və reallıq hissinə qayıtmaları hələ xeyli vaxt aparacaq. Çünki ermənilər arınma, durulma, normal topluma çevrilmə prosesinə hazır deyillər. Paşinyan da təəssüf ki, bu prosesi apara bilmir.

Odur ki, indi söyləyəcəyim fikir hər nə qədər fantastik və qeyri-real fikir kimi səslənsə də belə, hesab edirəm ki, Nikol Paşinyan başda olmaqla, əslində, bütün erməniləri Bakı türməsinin dəhlizlərindən və kameralarından keçirmək lazımdır ki, onlar reallıq hissinə qayıtsınlar və irqçi, nasist, türkəfob düşüncələrdən əl çəksinlər.

P.S. Separatçılığa, terrorçuluğa, işğalçılığa meylli bir toplumu “şok terapiya” üsulu ilə sağaltmaq üçün biz azərbaycanlılar hələlik yalnız iki təsirli, effektli vasitəni uğurla sınaqdan keçirmişik. Dəmir yumruğu və Bakı türməsini nəzərdə tuturam. Bəli, bunlar da denasifikasiyanın formalarıdır. Zənnimcə, prosesi axıra qədər davam etdirmək üçün qarşıdakı illərdə üçüncü, dördüncü, beşinci vasitələri də tətbiq edə bilərik və etməliyik. Söhbət bütövlükdə Ermənistanı iqtisadi, mədəni, demoqrafik təsir rıçaqlarımızın hədəfinə çevirməkdən və tam nəzarət altına almağımızdan gedir...

(ardı var)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)