

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
Ukrayna ilə mədən sazişini dayandıran ABŞ Afrika ölkəsinə üz tutur
ABŞ prezidenti Donald Trampın Varşava səfirliyinə namizədliyini irəli sürdüyü Tomas Rouz Polşanın texnologiya nəhənglərinə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib.
Tomas Rouz öz “X” hesabında Varşava hökumətinin texnologiya şirkətlərinin gəlirlərinə rəqəmsal vergi tətbiq etmək planı haqqında yazı paylaşıb. “Bu, ağıllı hərəkət deyil. Bu, yalnız Polşaya və onun ABŞ-la münasibətlərinə zərər verəcək qədər özünü məhv edən vergidir”, – Rouz deyib.
Prezident Trampın lazım gəldikdə bu addıma cavab verəcəyini ifadə edən Rouz, “Vergini ləğv edin ki, nəticələrdən qurtulasınız”, – deyib.
***
Dünən rəsmi “PAP” xəbər agentliyinə danışan rəqəmsal işlər naziri Kşiştof Qavkovski, önümüzdəki aylarda rəqəmsal vergitutma modelini təqdim etməyi planlaşdırdıqlarını söyləyib.
Vergi gəlirlərinin Polşa texnologiya şirkətləri və media qurumlarının inkişafına dəstək üçün istifadə ediləcəyini qeyd edən nazir, Fransa, Avstriya, İngiltərə və Kanada da daxil olmaqla 35 ölkədə oxşar vergilərin tətbiq edildiyini qeyd edib: “Bu vergilər mənşəyindən asılı olmayaraq güclü qlobal şirkətlərin gəlirlərini büdcəyə köçürə bilər ki, bu da Polşa texnologiya şirkətlərinin inkişafına, startaplara dəstək, dərin texnologiya, bulud sistemi və ya media tərəfindən keyfiyyətli məzmunun yaradılması üçün istifadə oluna bilər”.
ABŞ prezidenti Tramp yanvar ayında İsrailin “Jerusalem Post” nəşrinin baş direktoru vəzifəsində çalışmış Tomas Rouzun Varşava səfiri vəzifəsinə namizədliyini irəli sürüb.