vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
17:11 | 9 mart 2025 | Bazar Məqaləyə 55 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rus Pravoslav Kilsəsi martın 8-nə etiraz edir

“8 Martda kimlə bərabər olacaqlar? Klara Setkinlə?”

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

8 Mart Beynəlxalq Qadınlar Günündə bir çox ölkədə qadın hüquq müdafiəçiləri küçələri doldurublar.

Bütün dünyada qadınlar ayrı-seçkiliyə qarşı həmrəylik nümayiş etdirmək üçün ictimai meydanlarda çiyin-çiyinə dayanıblar. Lakin bu vəziyyət hər kəsi sevindirmir.

“Russia Today” (RT) xəbər verir ki, Rus Pravoslav Kilsəsinin yüksək rütbəli din xadimi bu bayramların keçirilməsinə qarşı çıxıb.

Rusiyanın dövlət nəşrində protokoşov Konstantin Xartinova istinad edərək, Qadınlar Gününün ölkənin tarixi, mədəni və dini ənənələrində yeri olmadığını vurğulayıb.

“Pravoslav Kilsəsinin qadınları dəstəkləmədiyi demək deyil. Həqiqət budur ki, həm kilsə, həm də bütün pravoslav xristianlar bacılara, analara, arvadlara dəyər verirlər”, – din xadimi “Abzats” xəbər saytına deyib.

O, pravoslav “Mür daşıyan qadınlar” gününün də bu məqsədlə qeyd olunduğunu vurğulayıb.

Xartinov əlavə edib ki, 8 Mart Beynəlxalq Qadınlar Gününə deyil, “Mür daşıyan qadınlar” dini günə diqqət yetirmək daha yaxşı olardı, lakin bunu xalqın üzərinə yıxmaq olmaz.

Xristianlığın qadınları vəsf etdiyini iddia edən Xartinov, “Mir daşıyan qadınlar günündə biz İsa peyğəmbərin anası ilə bərabər olmağa çağırırıq. 8 Martda kimlə bərabər olacaqlar? Klara Setkinlə?”, – deyib.

1857-1933-cü illər arasında yaşamış Alman Marksist qadın hüquqları müdafiəçisi Klara Setkin 1910-cu ildə İkinci İnternasionalla bağlı Beynəlxalq Sosialist Qadınlar Konfransında 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasını təklif edib.

1857-ci il martın 8-də ABŞ-ın Nyu-York şəhərində tekstil fabrikində baş verən yanğında həlak olan qadın işçilərin xatirəsinə edilən təklif yekdilliklə qəbul edildi və bu gün 1911-ci ildən qeyd olunmağa başladı.

“Mür daşıyan qadınlar” günü Pasxadan sonra ikinci bazar günü qeyd olunur. Bu il pravoslavların xüsusi günü mayın 4-nə düşür.