vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ASİYA  
11:46 | 5 mart 2025 | Çərşənbə Məqaləyə 57 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

30 ildə bir ilk

Cənubi və Şimali Koreya arasında humanitar yardım proqramı dayandırılıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Koreyanın Şimali Koreyaya humanitar yardımının 1995-ci ildən bəri ilk dəfə 2024-cü ildə sıfır səviyyəsində olacağı bildirilir.

“Yonhap”ın məlumatına görə, Cənubi Koreyanın Birləşmə Nazirliyi məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada 2024-cü ildə Şimali Koreyaya özəl və ya dövlət tərəfindən heç bir humanitar yardım proqramının həyata keçirilmədiyi, 1995-ci ildən bu yana Şimali Koreyaya humanitar yardımın ilk dəfə sıfır səviyyədə olduğu qeyd edilib.

1995-ci ildə Cənubi Koreya güclü yağışların yaratdığı daşqınlar səbəbindən ilk dəfə Şimali Koreyaya düyü yardımı göndərib.

Digər tərəfdən, Şimali Koreyada 2024-cü ilin iyul-avqust aylarında yağan güclü yağış və daşqınlar nəticəsində ölən və ya itkin düşənlərin sayının 1000-i keçdiyi təxmin edilirdi.

Cənubi Koreya Qızıl Xaç Cəmiyyəti Şimali Koreyalı daşqın qurbanlarına humanitar yardım göndərməyi təklif etmişdi. Lakin Şimali Koreya lideri Kim Çen In digər ölkələrin və beynəlxalq təşkilatların yardım təkliflərini rədd edib.