
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
İranda 700 bank zülmətə qərq oldu
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
Çin, Rusiya və İran martın birinci yarısında İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi – 2025” adlı birgə hərbi dəniz təlimlər keçirməyi planlaşdırır. Təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək. Çin Müdafiə Nazirliyinin yaydığı açıqlamada təlimlərin dəniz hədəflərinə hücumları, birgə axtarış-xilasetmə əməliyyatlarını əhatə edəcəyi bildirilib.
Rusiya son illərdə ayrılıqda həm İran, həm də Çinlə birgə hərbi təlimlər keçirir. Misal üçün 2024-cü il noyabrın sonunda Rusiya Çinlə birgə Yapon dənizi və Şərqi Çin dənizi sularında, həmçinin Sakit Okeanın qərb hissəsində birgə patrul xidməti həyata keçiriblər. Bu təlimlər Yaponiyanın narahatlığına səbəb olmuşdu. Çünki, Rusiya ilə Çinin birgə təlimlər Yaponiyaya məxsus adalarına yaxın ərazidə həyata keçirilmişdi.
İndi isə Rusiya İran və Çinlə birgə hərbi təlimlər keçirməyə qərar verib. İranın bu təlimlərə verdiyi əhəmiyyət anlaşılandır. ABŞ və İsrail İrana təzyiqi getdikcə artırırlar. İrandakı dairələr ABŞ və İsrailin mümkün raket zərbələrindən narahatdırlar. Bunun qarşısının almağın yollarından biri tərəfdaş ölkələr olan – Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməkdir. İranda qərar verənlər düşünürlər ki, Rusiya və Çinlə birgə hərbi təlimlər ABŞ və İsraili İrana qarşı hərbi əməliyyat planlarından çəkindirəcək.
Çin də təlimlərə xüsusi əhəmiyyət verir. Təsadüfi deyil ki, təlimlərdə Çinin “Baotou” esminesini və “Qaoyu Lake” təchizat gəmisi iştirak edəcək. Təlimlərin İranın Çabahar limanı yaxınlığında keçirilməsin də diqqət çəkir. Məsələ burasındadır ki, İran həmin limanın işlədilməsini Hindistana həvalə edib. Həmin liman Azərbaycandan da keçməsi planlaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hindistan məhsullarını həmin liman üzərindən Şimal-Cənubi nəqliyyat dəhlizi üzərindən daşımağı planlaşdırır. Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulması işinin ümumi dəyəri isə 370 milyon dollardır.
Liman Donald Tramp administrasiyasının da diqqətini çəkib. Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Tramp administrasiyası limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu İranın problemlərini artıracaq. Ona görə də İran liman yaxınlığında birgə hərbi təlimlərə xüsusi əhəmiyyət verir.