vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
Ermənistan Türkiyə və Azərbaycanla anlaşıb? 01:07 | 2 mart 2025 | Bazar Məqaləyə 213 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan Türkiyə və Azərbaycanla anlaşıb?

Rusiya itirə-itirə gedir

E.HƏSƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gündən etibarən Ermənistan-Türkiyə sərhədinə Rusiya hərbi kontingenti yox, erməni əsgərləri nəzarət edəcək. Nikol Paşinyan belə deyib. Daha əvvəl isə Rusiya hərbçiləri Ermənistan-İran sərhədinə nəzarətdən kənar edilmişdi. İrəvan Hava limanına Rusiyanın nəzarətinə də son qoyulub. Yəni Rusiya Ermənistanda öz mövqelərini itirə-itirə gedir...

Ermənistan-Türkiyə sərhədinə ermənilərin nəzarət etməsi nə deməkdir? Rusiya hərbi kontingentinin sərhəddən uzaqlaşdırılması o anlama gəlir ki, Ermənistan Türkiyədən hər hansı bir hərbi müdaxilə gözləmir. Əgər gözləsəydi belə bir addım atmazdı...

Ermənistan-İran sərhədindən Rusiya hərbi kontingentinin çıxarılması da müsbət hadisədir. Bu, həm də o deməkdir ki, Ermənistan heç Azərbaycandan da Zəngəzur məsələsinə görə hərbi müdaxilə gözləmir. Gözləsəydi Rusiya qoşunlarını ərazidən çıxarmazdı...

Ermənistan nə Türkiyədən, nə də Azərbaycandan hərbi müdaxilə gözləmirsə, deməli, tərəflər arasında anlaşma var. Sadəcə bu anlaşmanın münasib bir məqamda elan olunması qalıb...