

Haker qrupu məsuliyyəti öz üzərinə götürdü, Mask kiberhücumları təsdiqləyir
İlon Mask ABŞ prezidentinin yanında dövlət katibi və nəqliyyat naziri ilə mübahisə edib
İlon Maskın anası prezident təyyarəsində?
Maskın nəhəng raketi “Starship” buraxılışa 40 saniyə qalmış ləğv olunub
DOGE rəhbərinin işdən qovduqları şəxslər Rusiya və Çinin radarına düşüb
Bir milyarder Hillari Klintonla qohum olur, digəri isə subaylığa son qoyur
“Tesla”nın mənzil-qərargahı qarşısındakı nümayişdə 9 etirazçı saxlanılıb
“Diz çöküb layihələrini maliyyələşdirməyə kömək üçün yalvaracaq”
Tramp hökumətinin fəaliyyətini süni intellekt müəyyən edəcək?
Qəzetin sahibi Bezos əhəmiyyətli dəyişikliklərin anonsunu verdi
“Əgər cavab vermirsinizsə, deməli yoxsunuz”
Mask: “Gündəlik 4 milyon dollar qənaət lazımdır”
İlon Mask niyə oradadır?
Yeni fəaliyyəti İlon Maskın biznesini vurdu
Pentaqon, FTB və digər qurumlar işçilərdən milyarderin mesajına cavab verməməyi xahiş ediblər
İlon Maskın federal işçilərə göndərdiyi elektron poçtu xaosa səbəb olub
İlon Mask, Ceff Bezos, Sergey Brin, Mark Zakerberq, Bernard Arnault – onlar dünyanın ən zəngin insanları sırasındadırlar və hamısı ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak ediblər. “Bloomberg”in məlumatına görə, onlar respublikaçının vəzifəyə başlamasından bəri ümumilikdə 209 milyard dollar itiriblər.
Ən ağır zərbə isə 20 Yanvardan bəri sərvəti 148 milyard dollar azalan Mask olub. Amazon şirkətinin rəhbəri Bezos 29 milyard dollar itirərək ikinci, “Google”un həmtəsisçisi Brin isə 22 milyard dollar itirib. “Meta”nın baş direktoru Zakerberq və LVMH-nin baş direktoru Arnault hər biri 5 milyard dollarından olub.
“SpaceX” və “Tesla”nın sahibi Maskın dekabr ayında 486 milyard dollar sərvəti var idi ki, bu da “Bloomberg” sərvət indeksi tərəfindən indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. Mask sərvətinin təxminən 300 milyon dollarını 2024-cü ilə qədər Trampın prezidentlik kampaniyasını və MAGA-nın digər müttəfiqlərini dəstəkləmək üçün istifadə edib.
“Bloomberg”in məlumatına görə, Maskın xalis sərvətinin sürətlə artması əsasən “Tesla”nın sonradan itirdiyi əhəmiyyətli qazanclarla bağlı olub. Bezosun enişini eyni şəkildə Amazon səhmlərinin yanvar ayından bəri 14 faiz azalması ilə əlaqələndirmək olar.
Brinin süqutu “Google”un ana şirkəti “Alphabet Inc” lə əlaqədardır. Bu addım onun səhmlərinin keçən ayın əvvəlində 7 faizdən çox ucuzlaşması ilə baş verib.
Digər tərəfdən, Meta yanvarın ortalarından fevralın ortalarına qədər 19 faiz artdıqdan sonra Zakerberq əvvəlcə möhkəm birinci rüb üçün hazır idi, lakin səhm sonradan bu qazancları azaldıb. Arnaultun LVMH-si eyni şəkildə noyabrın əvvəlindən yanvarın sonuna qədər 20 faiz artdı, lakin o vaxtdan bu qazancları “əriyir”.
“The Independent” cavab almaq üçün şirkətləri vasitəsilə beş milyarderlə əlaqə saxlayıb.
Bu milyarderlərin itkiləri “Dow Jones Industrial Average” bazar ertəsi günü təxminən 900 punkt itirdiyi bir vaxta təsadüf edir. Trampın ticarət müharibələri səbəbindən 890 bəndi bağlayan “Dow indeksi” 2022-ci ildən bəri ən pis gününü yaşamağa başlayıb.
Bazar ertəsi günü “Dow indeksi” 1000 bənd aşağı düşüb ki, bu da bazar tarixinin ən pis 20 günü arasında yer alacaq. Maska məxsus “Tesla” 15 faiz dəyər itirib, “Apple”, “Microsoft”, “Alphabet”, Amazon.com, Nvidia və “Meta Platforms”un səhmləri isə 3 faizdən çox ucuzlaşıb. Çərşənbə axşamı bazarların enişi davam edib və “Wall Street”i (ABŞ-ın aparıcı maliyyə qurumları və “New York Stock Exchange” və NASDAQ birjalarının yerləşdiyi küçə) keçən aykı rekord həddən 10 faiz aşağı çəkib.
Trampın ticarət naziri Hovard Lutnik “NBC News”a açıqlamasında azalmadan narahat görünmür: “Amerikada tənəzzül olmayacaq”.
Amma kənar ekspertlər bunu diqqətdən kənarda qoymurlar. “The Wall Street Journal”a görə, “JPMorgan Chase” tənəzzül riskini 30 faizdən 40 faizə qaldırıb. “Moody's” kredit reytinq agentliyinin baş iqtisadçısı Mark Zandi əvvəllər “The Independent”ə verdiyi açıqlamada Trampın tarifləri tətbiq etməsi ilə bağlı “Amerikalılar narahat olmalıdır” demişdi.
“İqtisadiyyatın üzərində qara buludlar var və onlar getdikcə qaralmaqdadır”, – Zandi deyib.