
İndeks tarixində günlük artım
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
14 yaşında işə götürülən Quazi “SpaceX”dən ayrılır
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
Mask “Tesla Dojo” superkompüter projesini dayandırdı
Dünyanın ən zəngin adamı ABŞ-da az sevilən ictimai fiqur seçildi
“Simpsonlar”ın yaradıcısından Tramp və Maskla bağlı yeni proqnozlar
Ukrayna ordusu çökə bilərdi
ABŞ administrasiyasının hökumətin səmərəliliyi departamentinə (DOGE) rəhbərlik edən İlon Mask may ayında vəzifəsindən çəkilməyə başlayacağını açıqlayıb. Bu açıqlamanın “Tesla”nın mənfəət və gəlirlərində ciddi azalma yaşadığı bir vaxta təsadüf etməsi diqqət çəkir.
İnvestorlarla görüşdə danışan Mask “hökumətin maliyyə nizamını təmin etmək üçün işlərin böyük ölçüdə tamamlandığını” bildirib.
“Yəqin ki, may ayından etibarən mənim DOGE-də vaxtım əhəmiyyətli dərəcədə azalacaq”, – Mask deyib.
Bununla belə, Mask vəzifədən tamamilə ayrılmadan əvvəl həftədə bir və ya iki gün “kritik iş”lə məşğul olacağını, bu prosesin prezidentin xahiş etdiyi və faydalı olduğu müddətcə davam edəcəyini bildirib.
Maskın DOGE-dəki səlahiyyət müddəti mayın 30-da başa çatır. Bu, xüsusi dövlət qulluqçusu statusunda 130 günlük xidmət müddətinin qanuni limitinə uyğundur.
***
Mütəxəssislər deyirlər ki, “Tesla”nın çətinliklərinin əsas səbəblərindən biri Maskın Ağ Evdəki vəzifələridir. Brendin nüfuzunu itirdiyi qiymətləndirilsə də, Muskın DOGE vəzifəsini tamamilə tərk etməli və tam zamanlı baş direktor olaraq “Tesla”ya qayıtmalı olduğu bildirilir.
Mask isə brendlə bağlı mənfi rəyin iqtisadi qeyri-müəyyənlikdən qaynaqlandığını bildirib: ““Tesla” avtomobil bazarında ümumi tələbin azalmasından qorunmur. İqtisadi qeyri-müəyyənlik mühitində insanlar böyük xərcləri təxirə salmaq istəyirlər. İqtisadi mühitdən kənar tələbatda azalma görmürük”.
Lakin analitiklər bu fikirlə razılaşmırlar.
“Wedbush Securities” tərəfindən dərc edilən təhlildə, “Mask Ağ Evi tərk edərsə, qalıcı brend ziyanı olacaq. Lakin “Tesla” özünün ən qiymətli aktivini, uzaqgörən CEO-nu tam zamanlı olaraq geri alacaq. Şirkətin uzunmüddətli hekayəsinə təsir etməyəcək”. Eyni təhlil Maskın Ağ Evdə qalmasının “Tesla”nın gələcəyini dəyişdirə biləcəyi barədə xəbərdarlıq etdi.
***
Mask gələcək haqqında ümidlə danışdı və deyib ki, “Tesla” ilin sonuna qədər özünün tam avtonom avtomobillərini ABŞ-ın bəzi şəhərlərində satışa çıxarmağı hədəfləyir.
“Əsl sınaq budur: Siz maşında yuxuya gedə və təyinat yerinə çatanda oyana bilərsinizmi? İnanıram ki, bu, ilin sonuna qədər ABŞ-ın bir çox şəhərlərində mümkün olacaq”.
İyun ayında fəaliyyətə başlayacaq “Robotaxi” xidməti haqqında məlumat verən Mask, “Gələn ilin ikinci yarısında milyonlarla “Tesla”nın tam avtonom şəkildə işləyəcəyini təxmin edirəm”, – deyib.
***
“Tesla”, avtomobil və enerji təchizatı zəncirlərində qlobal siyasət dəyişikliklərinə istinad edərək, ikinci rüb üçün irəliyə doğru təlimat vermədi.
“Biz avtomobil və enerji biznesimizi inkişaf etdirmək üçün ağıllı sərmayələr edirik. Bununla belə, bu il artım tempi muxtariyyət işinin sürətindən, zavodlarımızda istehsalın artmasından və ümumi iqtisadi mühitdən asılı olacaq”, – mənfəət hesabatında deyilir.
O, həmçinin xəbərdarlıq edib ki, şirkətin qısamüddətli məhsul tələbi siyasi atmosferdəki dəyişikliklərdən təsirlənə bilər.