Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
12:54 | 1 may 2025 | Cümə axşamı
Məqaləyə 197 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
14 yaşında işə götürülən Quazi “SpaceX”dən ayrılır
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
“The Wall Street Journal”ın (WSJ) hesabatında “Tesla” və İlon Mask ilə bağlı məsələdən xəbəri olan rəsmilərin iddiaları yer alıb. Səlahiyyətlilər, “Tesla”nın səhmlərinin ilin əvvəlindən dəyərini itirməsindən sonra Maskın yerinə yeni baş direktor (CEO) axtardığını irəli sürüb.
İddiaya görə, “Tesla”nın idarə heyəti üzvləri bu axtarış çərçivəsində bir neçə şirkətlə əlaqə saxlayıblar.
***
Digər tərəfdən, “Mask” “X” sosial media platformasında etdiyi paylaşımda bu vəziyyəti "son dərəcə qeyri-etik və pozuntu" olaraq xarakterizə edərək bu iddianı rədd edib.
“Tesla”, həmçinin açıqlamasında, “Bu iddia tamamilə yalandır və xəbər dərc edilməmişdən əvvəl mediaya bildirildi. “Tesla”nın baş direktoru Elon Maskdır və idarə heyəti Maskın böyümə planını icra etməyə davam edə biləcəyinə ən böyük etibarı var”, – deyib.
Mask aprelin 23-də Tesla toplantısında bildirib ki, may ayından başlayaraq Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) sərf etdiyi vaxt kəskin şəkildə azalacaq.
***
Tramp administrasiyasında fəal rol alan Maskın siyasi hərəkətləri səbəbindən “Tesla” etirazlara və boykotlara məruz qalmışdı.
Seçki kampaniyası zamanı Trampı dəstəkləyən Mask Tramp yenidən prezident seçildikdən sonra DOGE-nin rəhbəri olub.
Maskın məsuliyyət daşıdığı DOGE-nin atdığı xərcləri azaltma addımları və minlərlə federal işçinin işdən çıxarılması mübahisələrə səbəb olub.
ABŞ-ın müxtəlif yerlərində Maska məxsus “Tesla” avtosalonları qarşısında nümayişlər keçirilib, etirazlar zamanı həbslər də olub.
Tramp həmçinin baş məsləhətçisi təyin etdiyi Maska dəstəyini göstərmək üçün “Tesla” avtomobili alıb.
Xatırladaq ki, İlon Mask dünənki iclasda DOGE-dən və Ağ Evdən rəsmi surətdə ayrıldı.