
Diaqnoz qoya bilir
Süni intellekt həkimə olur – imtahandan keçdi
Süni intellekt həkimə olur – imtahandan keçdi
“ChatGPT”nin qəhvə falı 12 illik evliliyi dağıtdı
Süni intellekt, yoxsa bugünkü dünya təhsil sistemi?
Avropa məktəblərində Süni intellektdən asılılıq artır
Çində ilk qaçış marafonu keçirilib
İnternet trafikinin yarıdan çoxu botlar tərəfindən ələ keçirilir
İştirakçıların 73 faizi “Turning” testində insanla robotu ayırd edə bilməyib
Süni intellekt iki ən populyar peşəni ortadan qaldıracaq
Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib
Sam Altman: ““OpenAI”nin tutumla bağlı problemləri məhsulun gecikməsinə səbəb olacaq”
Birliyin qəbul etdiyi aktlar innovativ xüsusiyyətlərin işə salınmasına mane olur
Şirkət ötən illə müqayisədə iki dəfə artıq məbləğ əldə edib
18 il əvvəl insult keçirmiş bir xəstədə uğurlu oldu
Elon Musk növbəti süni intellekt imperiyasını avtomobillər üzərində quracaq
Həkimlik və müəllimlik peşələri təhlükədə
Süni İntellektin ECgMLP adlı yeni modeli xərçəngi 99,26 faiz təyin edir
İnsanın üzünü və ya bədənini rəqəmsal olaraq dəyişdirərək yaradılan Deepfake videoları narahatlıq yaratmağa davam edir. Bu videolar süni intellektdən istifadə edərək real insanın imicini dəyişdirərək hazırlanır. Əslində, bu texnologiya zərərsiz məqsədlər üçün istifadə edilə bilər, məsələn, istifadəçilərin üzlərini pişiyə çevirən və ya onları qocaldan proqramlar.
Bununla belə, insanların seksual xarakterli videolarını hazırlamaq və ya günahsız insanlara böhtan atmaq üçün də istifadə oluna bilməsi ciddi problem yaradır.
Bu videoların saxta olub olmadığını müəyyən etmək üçün istifadə edilən qabaqcıl üsullardan biri də ürək döyüntülərini izləməkdir.
Uzaqdan fotopletismoqrafiya (rPPP) adlanan alət dəridən keçən işıqda kiçik dəyişiklikləri aşkar edərək ürək döyüntüsünü ölçür. Ürək dərəcəsini ölçən nəbz oksimetri ilə eyni prinsiplə işləyən bu alət dərin saxta videoları, eləcə də onlayn həkim görüşlərini aşkar etmək üçün istifadə olunur.
Tədqiqata görə, indiki videolarda real ürək döyüntüləri var, onların nəticələri aprel 30-da çap olunan “Frontiers in Imaging” jurnalında dərc edilib.
Alimlər öz işlərinə videolarda ürək döyüntülərini avtomatik aşkarlayan və təhlil edən dərin saxta detektor hazırlamaqla başlayıblar.
Daha sonra onlar məlumatlarını EKQ qeydləri ilə müqayisə edərək bu rPPP əsaslı alətin həssaslığını ölçüblər. Süni intellekt son dərəcə yaxşı performans göstərib, onun yaratdığı döyüntülərlə EKQ arasında dəqiqədə cəmi iki-üç döyüntü fərqi olub.
Komanda saxta videolarda aləti sınaqdan keçirəndə rPPP videoya heç bir ürək döyüntüsü əlavə olunmasa belə, yüksək dərəcədə real ürək döyüntüsü aşkar edib.
Alimlər deyirlər ki, ürək döyüntüləri videoya qəsdən əlavə oluna bilər və ya onlar özbaşına mənbə videodan keçə bilərlər.
Almaniyanın Humboldt Universitetindən tədqiqatın həmmüəllifi Peter Eisert, "Mənbə videosu real insandırsa, bu, indi dərin saxta videoya köçürülə bilər", – deyib.
Güman edirəm ki, bu, bütün “Deepfake” detektorlarının taleyidir. “Deepfake” getdikcə təkmilləşir və iki il əvvəl yaxşı işləyən detektor bu gün tamamilə sıradan çıxmağa başlayır.
Yenə də tədqiqatçılar saxta videoları aşkar etməyin başqa yollarının olduğunu düşünürlər. Məsələn, sadəcə nəbz dərəcəsini ölçmək əvəzinə, üzdə qan axını təfərrüatlı şəkildə izləyən detektorlar hazırlana bilər.
“Ürək döyündüyü zaman qan damarlardan keçərək üzə axır və sonra bütün üz nahiyəsinə yayılır. Bu hərəkətdə real görüntülərdə aşkar edə biləcəyimiz bir az gecikmə var”, – Eisert deyib.
Bununla belə, alimin fikrincə, son həll yolu dərin saxta detektorlardan çox, təsvirin manipulyasiya edilib-edilmədiyini anlamağa kömək edən rəqəmsal siqnallara diqqət yetirməkdir: “Nəyinsə saxta olub-olmadığını aşkar etməkdənsə, nəyinsə dəyişdirilmədiyini sübut edən texnologiyaya daha çox diqqət yetirməsək, düşünürəm ki, “Deepfake”in saxtakarlıqlarını aşkarlamağı çətinləşəcək”.