Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
22:59 | 8 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 167 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Tramp kimi prezidentinin Mask kimi tərəfdaş məmuru olar. Trampın prezidentliyi icrası şübhəli və mübahisəli olan spontan vədlərin verilməsi və qərarların qəbulu ilə yadda qalır. Bu qərarların əhəmiyyətli hissəsi kağız üzərində qalır və ya məhkəmə həmin qərarların icrasını dayandırır, ya da onları icra etməli olan qurumlar tərəfindən qulaqardına vurulur. Maskın tərəfdaş məmurluğu da oxşar şəkildə gözlənilməz hərəkətlərlə müşayiət olunur.
Hazırda gündəmi məşğul edən əsas məsələ idxal rüsumu ilə bağlı guya Trampın komandasında ixtilafların başlanması haqqında xəbərlərdir. Maskla Trampın ticarət və istehsal üzrə baş müşaviri arasında söz atışması, habelə idxal rüsumlarına yenidən baxılması barədə Maskın mövqe sərgiləməsi prezidentin komandasında ixtilafların başlanması hesab oluna bilərmi? Təbii ki, hər bir siyasətçi, ictimai xadim, jurnalist və sıravi vətəndaş bunu dəyərləndirməkdə sərbəstdir. Məncə bu, ixtilafdan daha çox prezidentin gözlənilməz qərarına tərəfdaş məmurun gözlənilməsi proqnozlaşdırıla bilən düzəlişlər etmək təşəbbüsü hesab oluna bilər.
Məsələ bundan ibarətdir ki, idxal rüsumları ilə bağlı Trampın düşünülməmiş qərarına qarşı əks təsir mexanizmi işə düşüb. Belə ki, Çin artıq ABŞ-dən idxal olunan məhsullara Trampın Cin məhsullarının idxalına müəyyən etdiyi qədər, yəni 34 faizlik əlavə gömrük rüsumunun tətbiq edilməsi barədə qərar qəbul edib və bu qərar aprelin 10-dan qüvvəyə minəcək. Avropa Birliyinin isə öz cavab tədbirlərini sabah (aprelin 9-da) elan etməsi gözlənilir. Birjalardakı vəziyyət də ürəkaçan deyil. Mask da məmur kimi yox, biznesmen kimi başa düşür ki, əlavə rüsumların qarşılıqlı şəkildə qaldırılması və birjalardakı hazırkı vəziyyət təkcə digər ölkələrin deyil, həm də Amerikanın iqtisadiyyatına və onun biznes imperiyasına ağır zərər vuracaq. İdxal rüsumlarına yenidən baxılması qarşılıqlı geriçəkilmələrə gətirib çıxara, vurula bilən zərərin həcminin azaldılmasına səbəb ola bilər.