Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
20:04 | 2 may 2025 | Cümə
Məqaləyə 171 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Texnoloji milyarder İlon Mask Hökumətin Səmərəliliyi Departamentindən (DOGE) ayrılmaq planı haqqında danışıb.
Ağ Evdə jurnalistlərə açıqlama verən Mask, DOGE-dən ayrıldıqda onun yerinə kimin keçəcəyini soruşduqda özünü Budda ilə müqayisə etdi: “Buddizm üçün Budda lazım idimi? Budda gedəndən sonra Buddizm güclənmədimi?”
Texnologiya milyarderi həmçinin DOGE-nin Buddizm kimi bir həyat tərzi olduğunu iddia etdi.
Təxminən bir saat davam edən görüşdə Mask, DOGE-nin federal büdcəyə 2 trilyon dollarlıq ixtisar etmək kimi ilkin vəd etdiyi hədəfə hələ çatmadığını deyib. Bunun əvəzinə, o, təxminən 160 milyard dollar kəsildiyini və Vaşinqtonun dəstəyi olmadan məqsədinə çatmağın “həqiqətən çətin” olacağını söyləyib: “Nazirlər Kabineti və Konqres nə qədər ağrıya dözməyə hazırdır? Bu məqsədə nail ola bilərik, lakin çoxlu şikayətlərlə məşğul olmalıyıq”.
ABŞ prezidenti Donald Trampın kabinetinin bəzi üzvlərinin büdcənin kəsilməsinə qarşı çıxdığını deyən Mask, “Hələ çox uzun bir yol var. Bu, çətin bir işdir”, – deyib.
Texnologiya milyarderi Tramp administrasiyasında vaxtını azaldsa da, Ağ Evdəki ofisini bağlamayacağını bildirib.
Bundan əlavə, “Space X”in baş direktoru Pentaqona hərbi texnika ilə bağlı da məsləhət verdiyini deyib. O, ABŞ-ın müdafiə naziri Pit Heqseti hipersəs raketləri və pilotsuz təyyarələrə sərmayə qoymağa razı salmağa çalışdığını deyib: “Məncə, o, mənimlə razıdır”.
“Axios”a görə, DOGE-nin 4 iyul 2026-cı ildə bağlanması planlaşdırılırdı. Lakin “Tesla”nın baş direktoru federal büdcənin kəsilməsi planlarının 2028-ci ilin sonuna qədər davam edə biləcəyini söyləyib. Digər tərəfdən texnologiya milyarderi yekun qərarın Trampa aid olduğunu bildirib.
Mask aprelin 22-də “Tesla”nın xalis mənfəətinin bu ilin birinci rübündə 71 faiz azalmasından sonra DOGE-yə ayırdığı vaxtı azaldacağını açıqladı. Mask, may ayından etibarən həftənin bir və ya iki gününü DOGE-nin işinə həsr edəcəyini, qalan vaxtda isə bütün diqqətini “Tesla”ya ayıracağını bildirib.