

Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
İsrail, ABŞ, və Azərbaycan arasında danışıqlar gedir
Trampdan “HƏMAS”a son xəbərdarlıq: “Yalnız xəstə və azğınlar meyitləri gizlədir“
İsrail ordusu Livanın cənubunda “Hizbullah” liderinin vurulduğunu təsdiqləyib
İranın yaraqlılarını məhv etmək üçün lazım olan sursata görə təşəkkür
ABŞ dövlət katibi satışı sürətləndirmək üçün bəyannamə imzalayıb
Nüvə proqramı barədə məlumat sızdırmaqda ittiham olunur
ABŞ və İsrail İranı vurmağa hazırdır, Ukrayna üçün “Marşal planı”
Həyəcanlı gözləmə davam edir
Terrorçuların Livan-Suriya sərhədindəki qaçaq məntəqələrə zərbələr endirib
İsraildə 3 avtobus dalbadal alovlanıb
ABŞ dövlət katibi Rubio İordan çayının qərb sahilindəki qeyri-sabitliyə görə İranı günahlandırır
Ölkələr arası əməkdaşlıq və regional hadisələr müzakirə olunub
“İstənilən pozuntuya qarşı qətiyyətlə hərəkət edəcəyik”
Dərsliklərinə antisemitizmin tərifini daxil edən ilk ölkə
Girovlar əsirlikdə öldürülüb
1902-ci ildə təsis edilmiş ABŞ və Kanada Ortodoks Ravvinlər İttifaqı prezident Donald Trampa anti-Azərbaycan sanksiyalarının, xüsusilə 907-ci düzəlişin ləğvi və Azərbaycanın İbrahim müqavilələrinə qoşulmasına dəstək verilməsi çağırışı ilə məktub göndərdi.
“The Jerusalem Post” qəzetinin yaydığı və bu məktubun surətini dərc etdiyi xəbərə görə, Azərbaycanın dəstəklənməsinə dair Trampa onlarla digər nüfuzlu ravvin də ayrıca məktublar göndərib. Bu dini liderlər diplomatik proseslərdə geniş təcrübəyə malikdirlər.
Müraciətə imza atan dini liderlər arasında Simon Vizental Mərkəzinin təsisçisi ravvin Marvin Xayer və Donald Trampın kürəkəni Cared Kuşnerin dostu, BƏƏ-nin baş ravvini doktor Eli Abadi yer alır.
ABŞ prezidentinə ünvanlanan məktubda xüsusilə vurğulanır ki, son üç onillik ərzində “ən etibarlı müsəlman ölkəsi”, İsrailin strateji tərəfdaşı və ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan Azərbaycan hələ də Vaşinqtonun dəstəyini almayıb. Üstəlik, bu ölkə hələ də ona ABŞ yardımının göstərilməsini məhdudlaşdıran 907-ci düzəliş çərçivəsində sanksiyalar altındadır.
““İbrahim müqavilələri”nə qoşulan ölkələr İsraillə sülh müqaviləsi imzalamaq müqabilində müsbət stimullar və üstünlüklər əldə ediblər. Azərbaycan isə əksinə, 30 ildən çoxdur ki, heç bir xarici təzyiq olmadan İsrailin etibarlı tərəfdaşı və sadiq dostu olub. Buna görə də 907-ci düzəlişin ləğvi bu faktın tanınmasında mühüm addım olardı”, — deyə ravvinlər vurğulayıblar.
Qeyd edək ki, 2017-ci ildə Donald Trampın inauqurasiya mərasimində çıxış edən, “Newsweek” jurnalı tərəfindən Amerikanın ən nüfuzlu ravvini seçilən və 1994-cü ildə mərhum İordaniya kralı Hüseyn ilə o dövrün İsrailin baş naziri Benyamin Netanyahu arasındakı sülh danışıqlarında vasitəçilik edən ravvin Marvin Xayer bildirib ki, Azərbaycanın “İbrahim müqavilələri”nə daxil edilməsi bu razılaşmaları möhkəmləndirəcək və bütün dünyaya qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan alyansların dini və siyasi fərqlərə baxmayaraq inkişaf edə biləcəyini nümayiş etdirəcək”.
BƏƏ-nin baş ravvini doktor Eli Abadi isə məktubunda Azərbaycanın İsrailə enerji tədarükçüsü kimi strateji əhəmiyyətini və Şərqlə Qərb arasında mühüm körpü rolunu vurğulayıb.
“Bu ölkə [Azərbaycan] xüsusilə etibarlı tərəfdaş, İsrailin əsl dostu və ABŞ-ın əsas strateji müttəfiqidir”, — deyə ravvin Abadi yazıb. — “O, müsəlman dünyasının davamlı müqaviməti və təzyiqləri qarşısında belə daim İsraili dəstəkləyib”.
Yəhudi dini liderləri vurğulayırlar ki, dünyada dünyəvi müsəlman dövləti olan, əhalisinin əksəriyyəti şiə müsəlmanlarından ibarət olan Azərbaycan, müxtəlif din və mədəniyyətlərin harmonik birgəyaşayışının unikal nümunəsidir.
Məktubda qeyd olunur ki, Azərbaycanın yəhudi icması sülh və rifah şəraitində yaşayır və bu, Azərbaycan prezidenti İlham Əliyevin zəmanəti altındadır. O, açıq şəkildə bəyan edir ki, azərbaycanlılarla yəhudilər arasındakı qardaşlıq münasibətləri yerli ənənələrin ayrılmaz hissəsidir.
Ravvinlər Donald Trampa müraciətlərində bildiriblər ki, onun siyasəti Yaxın Şərqdə “inqilabi dəyişikliklərə” səbəb olub, İsrailin müdafiəsini gücləndirib və sabitliyə, sülhə və iqtisadi rifaha töhfə verib.
“Prezidentliyinizin ilk dövründə “İbrahim müqavilələri” reallığa çevrildi, indi isə siz daha çox ölkəni bu razılaşmalara qoşaraq onları genişləndirmək və möhkəmləndirmək niyyətindəsiniz”, — deyə ravvinlər yazırlar. — “Biz qəti inanırıq ki, İsrailin regional təhlükəsizliyinin dayağı və onun sadiq müttəfiqi olan Azərbaycanın bu razılaşmalara qoşulması İbrahim müqavilələrinə daha böyük məna verəcək və regionda daha davamlı sülhün bərqərar olmasına kömək edəcək”.