İdxal mallarına aksiz dərəcəsi qaldırılacaq
Avtomobillərin, yaxtaların, şubaların, xəzli paltoların, kürklərin qiyməti bahalaşacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Son on ilin zirvəsi
Rusiyada avtomobil satışı pik həddinə çatıb
-
Qatil balina sürüsünün hücumu
“Elə bir adrenalin sıçraması yaşayırsan ki, qorxmağa vaxtın qalmır”
-
Ölümündən iki ay əvvəl ev dustağı idi
Siciliyada batmış super lüks yaxtada itkin düşənlərin müəmmalı ortaq nöqtəsi
-
Formasını dəyişən təkər
Əlil arabalarından istifadə edən insanların hərəkətinin asanlaşacağı gözlənilir
-
Kritik temperatur tapıldı
Elektromobillər yeni batareya texnologiyası ilə 1 milyon kilometr qət edəcək
-
Müsadirə olunacaq ...
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
-
900-ə yaxın cipin təkərləri deşilib
Anarxistlər 8 ölkədə təxribatın davam edəcəyini bildiriblər
-
Bakı maşın qəbiristanlığına çevrilir
Ölkəyə daha çox köhnə dizel avtomobilləri gətirilir
-
Güclü duman gözlənilir
Yollarda görünüş məsafəsi ciddi ölçüdə məhdudlaşacaq
-
Sürücülərin sirləri qalmayacaq
Müasir avtomobillər sükan arxasında oturandan durana qədər hər şeyi qeyd alır
-
“Ölüm vaqonları”
İranın yerli avtomobilləri və “maşın mafiyası”
-
Həyətlər keçilməz olub
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
-
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
-
Onları Tanrının ümidinə buraxaq?
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir
Vergi qanunvericiliyində 2017-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdən biri də ölkəyə idxal olunan avtomobillərin aksiz dərəcələrinin artırılması, idxal olunan xəz-dəri məmulatlarının da aksiz vergisinə cəlb edilməsidir.
Belə ki, yeni dəyişikliklərə görə, mühərrikin həcmi çox olan avtomobillərdən idxal olunarkən daha çox aksiz vergisi alınacaq. Bu dəyişiklik mühərrikin həcmi 2000 kubsantimetrə qədər olanlara şamil olunmur. Ona görə də həmin avtomobillərin qiymətlərində bahalaşma tempi az olacaq, əsasən qiymət bahalaşması mühərrikin həcmi 2000 kubsantimetrdən çox olanlarda müşahidə olunacaq və mühərrikin həcmi artdıqca qiymət daha da yüksələcək. Məsələn mühərrikinin həcmi 5000 kubsantimetrdən çox olan avtomobillər üçün gələn ilə qədər 13900 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 10 manat aksiz vergisi ödənilirdisə, gələn ildən belə avtomobillər üçün 31 400 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 40 manat aksiz vergisi ödənilməlidir.
Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda isə indiyə qədər 400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 1,5 manat ödəyənlər gələn ildən 400 manat + hər kubsantimetr üçün 2 dəfə çox, 3 manat ödəyəcəklər.
Mühərrikinin həcmi 4000 kubsantimetrədək olduqda isə 1900 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün
hər kubsantimetrə görə - 4 manat aksiz vergisi tələb olunurdusa, növbəti ildən belə avtomobillər üçün hesablamalar 3400 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat olacaq. Nəhayət, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda əvvəllər 5900 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat ödəniş tələb olunurdusa, 2017-ci ilin 1 yanvarından tətbiq olunan yeni qaydalara görə, ödənişlər 11 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat olacaq.
Gələn ildən ölkəyə gətirilən istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə də tətbiq olunan aksiz dərəcləri atırılacaq. Əgər əvvəllər yaxtaların mühərrikinin həcminin hər kubsantimetrinə görə - 3 manat aksiz vergisi ödənilirdisə, gələn ildən aksiz dərəcəsi 6 manat olacaq.
Bununla yanaşı 2017-ci ilin 1 yanvarından idxal olunan xəz-dəri məmulatları da aksiz vergisinə dərc olunacaq. Bu da o deməkdir ki, gələn ildən şubalar, kürklərin və digər bu tip geyim əşyalarının qiymətləri baha olacaq.
Bu dəyişiklikləri şərh edərkən onu bildirmək istərdim ki, xüsusilə də mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan avrtomobillərə aksiz dərəclərinin artırılması düzgündür. Bu dəyişiklik həm də ekoloji baxımdan əhəmiyyətlidir. Baxmayaraq ki, aksiz dərəcələrinin qaldırılması qiymət artımına və idxalın azalmasına səbəb olacaq, maşın parkının yeniləşməsinə mənfi təsir göstərəcək, amma bu dəyişikliklər xüsusilə də indiki böhran şəraitində məqbul hesab oluna bilər.
Burda narahatçılıq doğuran əsas məqam odur ki, bu gün avtomobilin qiymətlərinin bahalaşmasına rəvac verən vergi siyasəti sabah benzinin qiymətinin artırılmasına da əsaslar yarada bilər.