vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
18:10 | 15 may 2019 | Çərşənbə Məqaləyə 4287 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aksiz markaların sifarişi və ...

Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması səlahiyyəti Maliyyə Nazirliyindən alınaraq Vergilər Nazirliyinə həvalə edildi.

Bu gün Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə, dərman vasitələrinin və dini kitabların dövriyyəsinə nəzarət də Vergilər Nazirliyinə həvalə edilib.

Qanunvericiliyə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Buradakı müvafiq icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi nəzərdə tutulurdu. Fərmanda edilən dəyişikliklə isə bu səlahiyyət Vergilər Nazirliyinə verilib.

“Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə qeyd edilib ki, dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti ilə nəzarət markalarını Maliyyə Nazirliyi deyil, Vergilər Nazirliyi hazırlayacaq.