

7 illik vergi güzəştləri mövcuddur, amma ...
Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 11,3 faiz artaraq, ...
Amma idxal qiymətlərində də ciddi artım var
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
4 ölkə dil tapsa da, İran dirəniş göstərir
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə bu barədə iki tvit atıb
Mikayıl Cabbarov: “Çatışmazlıqlar və hədəflər var”
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Sənəd tezliklə qəbul olunacaq”
Topdansatış ticarətin siyahıdan çıxarılması müsbət qiymətləndirilməlidir
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
Nazir: “Azərbaycan qeyri-xammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır”
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
Məhkəmə ölkə tarixində misilsiz addım atdı
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
“2019-cu ildə vergis sahəsində keçirilən işlərin prioritetləri əvvəlki kimi qalır. Əsas məqsədlər kölgə iqtisadiyyatı ilə mübarizədir”.
Bu sözləri vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergilər, Şəffaflıq, İnkişaf" adlı forum da çıxış edərkən deyib.
“Sizə bəzi rəqəmləri demək istəyirəm. Bu rəqəm həmin məsələlərlə bağlı müəyyən fikir yaradacaq. 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, market şəbəkələrində 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib”, - nazir bildirib.
M.Cabbarov məlumat verib ki, 2018-ci ildə hər 1000 vergiödəyicisinin dördündə səyyar vergi yoxlaması aparılıb. Bu yoxlamalar 0,4 faiz göstərici deməkdir.
“Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik”, - nazir deyib.
M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: “Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib”.
Nazir qeyd edib ki, yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq: “Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi”.