vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MEDİA-QHT  
19:11 | 12 mart 2025 | Çərşənbə Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İnqilab və Mədəniyyət”

Dizaynerlər və qrafika rəssamları şriftlərlə oynamağı, vizuala uyğunlaşdırmağı seviblər

RƏSUL

MÖVZU İLƏ ƏLAQƏLİ

“İnqilab və Mədəniyyət” jurnalının 1920-1930-cu illərə aid üz qapaqları qrafik dizayn baxımından qiymətli nümunələrdir. Bu qapaqların dizaynı sovet avanqardının konstruktivist ənənələrini Azərbaycan mədəni kontekstində təcəssüm etdirir və dövrün siyasi-ideoloji cərəyanlarını əks etdirən unikal vizual dil yaradır. Təəssüf ki, bu vizual dil 1930-cu illərin sonunadək davam etdi, sonra isə hər şey primitivləşdi.

Tipoqrafik baxımdan, qapaqlarda həm ərəb əlifbası (Azərbaycanın 1920-ci illərin sonunda latın, daha sonra isə kiril əlifbasına keçməsindən əvvəl), həm də modernist şrift həlləri istifadə olunub. Maraqlısı odur ki, dizaynerlər və ya qrafika rəssamları şriftlərlə oynamağı, vizuala uyğunlaşdırmağı seviblər. Hər nömrədə yeni bir tipoqrafik həll görmək olar. “İnqilab və Mədəniyyət” başlığı müxtəlif nömrələrdə fərqli üslublarda təqdim olunur. Bəzilərində ənənəvi kalliqrafik yanaşma, digərlərində isə daha həndəsi, sənaye təsirli tipoqrafik həllər görürük.

Kompozisiya baxımından, qapaqların çoxu konstruktivizm üçün xarakterik olan dinamik diaqonal düzülüşlərə malikdir. Asimmetrik kompozisiya vasitəsilə güclü vizual gərginlik yaradılıb. Həm insan fiqurları, həm də sənaye elementləri vəhdət tapıblar. Əlbəttə ki, ən çox istifadə olunan bir başqa texnika dövrün dəbdə olan fotomontaj texnikası idi. Aleksandr Rodçenko və El Lissitzki kimi rus konstruktivistlərinin təsiri dövrün rəssamlarının üslubuna və çap məmulatlarında istifadəsinə geniş yayılmışdı.

Bir başqa maraqlı cəhəti əlbəttə ki, rəng palitrasıdır. Məhduddur, lakin təsirli rənglər seçilib. Qırmızı, göy, qara və ağ kimi yüksək kontrast kombinasiyalardan istifadə edilməsi sovet vizual təbliğatında güclü siyasi simvolizm daşıyır. Jurnal dövrün həm estetik seçimi, həm də istehsal məhdudiyyətləri səbəbindən iki və ya üç tonlu rəngli çap texnikalarından istifadə edib.