

“2030-cu ilə qədər super gücə çevriləcək”
Fərdi sahibkarlığın yeni sevimlisi
Qocaların qayğısına süni intellekt qalacaq
İki süni intellekt heç kimin başa düşmədiyi dildə danışıb
“Süni intellekt işıq sürəti ilə inkişaf edir”
DBS bankı texnologiya üçün əlavə 1000 yeni vəzifə təsis edəcək
Qərbdə qorxuya səbəb olan süni intellekt Çində terapiya üçün istifadə olunur
“ChatGPT”, “LLaMA”, “Claude”, “Gemini” və s. süni intellekt modelləri olduğu bir zamanda Az-LLM-ə ehtiyac varmı?
Çinin süni intellekti ilə bağlı xeyli problem də üzə çıxıb
Postmodernizmin fiqurları və süni intellekt barədə ...
Yaxud Türk dünyasının yaxın gələcəyi və süni intellekt
Avropa Birliyinin süni intellekt qanunu 2026-da qüvvəyə minəcək
AB süni intellektlə bağlı ilk beynəlxalq müqavilə imzalayıb
Çin şirkətləri qadağan olunmuş Nvidia çiplərinə necə giriş əldə edir?
ABŞ-da polis hesabatlarında süni intellektin istifadəsi reaksiya doğurdu
Onun nəyin doğru, nəyin yanlış olduğunu ayırd edəcək dünyagörüşü yoxdur
Avstraliyada ürək çatışmazlığı diaqnozu qoyulan xəstə, süni ürək nəqli ilə 100 gün sağ qalmaqla tibb tarixində bir ilkə imza atıb. Ürək çatışmazlığından əziyyət çəkən avstraliyalı xəstə tam süni ürək implantı ilə xəstəxanadan çıxan ilk şəxs olmaqla dünya tibb tarixinə düşüb.
Əməliyyatı həyata keçirən avstraliyalı tədqiqatçılar və həkimlər, martın əvvəlində real ürək transplantasiyası əməliyyatına məruz qalmamışdan əvvəl xəstənin implant ilə 100 gündən çox sağ qala bildiyini və bunun “tam klinik uğur” olduğunu bildiriblər.
Queensland əsilli (Avstraliyanın şimal-şərqi) Dr. Daniel Timms tərəfindən hazırlanmış BiVACOR – süni ürək, insan ürəyini tamamilə əvəz edə və dünyada implantasiya edilə bilən ilk fırlanan qan pompasıdır. Cihaz sağlam ürəyin təbii qan axını təqlid etmək üçün maqnit levitasiya texnologiyasından istifadə edir.
Hələ kliniki sınaqların ilkin mərhələsində olan implant, adətən infarkt, koronar ürək xəstəliyi və ya diabet kimi xəstəliklər nəticəsində ürək əzələlərinin ciddi şəkildə zəiflədiyi son mərhələ iki mədəcikli ürək çatışmazlığı olan xəstələr üçün nəzərdə tutulub.
Avstraliya hökumətinə görə, hər il dünyada 23 milyondan çox insan ürək çatışmazlığından əziyyət çəkir, lakin onlardan yalnız 6000-i donordan real ürək transplantasiyası alır. Bu kontekstdə BiVACOR cihazının inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon ABŞ dolları məbləğində maliyyə ayrılıb.
BiVACOR-un əsas məqsədi donor ürək mövcud olana qədər xəstələri həyatda saxlamaq üçün körpü rolunu oynamaq olsa da, uzunmüddətli məqsəd xəstələrin ürək transplantasiyasına ehtiyac duymadan süni ürəklə yaşaya bilmələridir.
Cihazı istifadə edən ilk avstraliyalı xəstə 40 yaşlarında, ağır ürək çatışmazlığı olan Yeni Cənubi Uelsdən olan kişi olub. O, Avstraliyada ilk tam süni ürək implantının könüllü alıcısı və dünyada altıncı xəstə oldu.
Əvvəlki beş implantasiya ABŞ-da həyata keçirilib və bütün xəstələr xəstəxanadan çıxmazdan əvvəl donor ürək nəqli alıblar. Bu xəstələr arasında cihazdan ən uzun müddət istifadə edən şəxs 27 gün süni ürəklə yaşayıb.
Avstraliyalı xəstə noyabrın 22-də Sidneydəki Sent Vinsent xəstəxanasında ürək və orqan transplantasiyası cərrahı Pol Yansın rəhbərlik etdiyi altı saatlıq əməliyyatda cihazı qəbul edib.
Xəstənin kimliyi açıqlanmasa da, onun fevral ayında süni ürəklə xəstəxanadan çıxdığı və mart ayında uyğun donor ürəyin tapılaraq transplantasiya edildiyi bildirilib.
Cərrah Yans, bu tarixi və qabaqcıl tibbi nailiyyətdə iştirak etmək üçün bir imtiyaz olduğunu söylədi: “Biz illərdir bu an üçün çalışırıq və Avstraliyada bu proseduru həyata keçirən ilk komanda olmaqdan qürur duyuruq.”
Sent Vincent xəstəxanasından kardioloq Prof Kris Hayvard BiVACOR süni ürəyin ürək çatışmazlığının müalicəsində inqilab edəcəyini vurğulayıb.
“BiVACOR tam süni ürək Avstraliyada və bütün dünyada ürək transplantasiyasında inqilab edəcək. Növbəti 10 il ərzində biz süni ürəyin həqiqi ürəyi gözləyə bilməyən və ya uyğun donor tapa bilməyən xəstələr üçün alternativ olacağını görəcəyik”, – Hayvard deyib.
“Queensland” Universiteti və Ürək Fondu idarə heyətindən professor Devid Kolkuhun bu uğurun süni ürəklər üçün böyük bir texnoloji irəliləyiş olduğunu bildirib. Bununla belə, o, süni ürəyin 100 gündən çox işləyə bildiyi halda, əsl ürəyin 10 ildən çox (3000 gün) işlədiyini vurğulayaraq, bunun tam alternativ ola bilməsi üçün uzun bir yol olduğunu bildirib.
Kolkuhun, ürək təbabətindəki irəliləyişlər sayəsində ürək xəstəliyindən ölüm nisbətlərinin azaldığını və 1967-68-ci illərdə 11 milyonluq Avstraliya əhalisindən 47 min insanın ürək xəstəliyindən öldüyünü, lakin 2022-ci ildə bu rəqəmin 26 milyonluq əhalidə 45 min olacağını söyləyib.
İmplant Monaş Universitetinin rəhbərlik etdiyi Süni Ürək Məhdudiyyətləri Proqramı çərçivəsində Avstraliyada həyata keçirilməsi planlaşdırılan bir sıra prosedurlardan birincisidir və ürək çatışmazlığının ən çox yayılmış növlərinin müalicəsinə yönəlmiş üç əsas cihazdan biri kimi hazırlanır.