Sirinin sirri
“Apple” yeni süni intellektini təqdim etdi
09:06 | 24 aprel 2025 | Cümə axşamı
Məqaləyə 228 dəfə baxılıb
Şriftin ölçüsü
“Apple” yeni süni intellektini təqdim etdi
Axtarış sistemində linklərin yerini süni intellekt cavabları tutacaq
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Tapşırığın icra müddətinin başa çatmasına 1 ay qalıb
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Laboratoriya şəraitində əldə olunan neyronlar canlı beyin hüceyrələri ilə əlaqə qura bildi
Xəstələri kim müalicə edəcək – həkim, yoxsa alqoritm?
Müəyyən hallarda psixoloji fəsadlar yarada bilər
“Z” nəslin gələcəyi təhlükədə
Oxford: “Süni intellekt tələbələrin yaradıcılığını zəiflədir”
İndoneziya məktəblərindəki pulsuz yemək proqramı narahatlıq yaradıb
“Diella” Albaniyada tenderləri nəzarətdə saxlayacaq
Yollarda təhlükəsizliyimizi birlikdə qoruyaq
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
İki nəfər ağır yaralandı
Süni intellektdən asılılıq artır. Mütəxəssislər şagirdlərin ev tapşırıqlarını süni intellektlə yerinə yetirmə vərdişinin sürətlə yayıldığını bildirərək, bunun onların yazı bacarıqlarını sönükləşdirdiyini və intellektual inkişafını təhlükə altına atdığını vurğulayıb.
Avropada orta məktəb şagirdləri arasında getdikcə daha çox yayılan təhlükəli vərdişi – süni intellektə aludəçiliyi artıb. Tələbələr artıq öz zəhmətləri ilə deyil, birbaşa süni intellekt alətlərindən istifadə edərək tapşırıqlarını hazırlayırlar. Bu vəziyyət təkcə yazı bacarıqlarının zəifləməsinə səbəb olmur, həm də intellektual inkişafa, orijinallıq axtarışına və öyrənmək istəyinə ciddi zərbə vurur.
Xüsusilə “ChatGPT” kimi alətlərin geniş tətbiqi ilə tələbələrin “onsuz da daha yaxşısını edə bilmərəm” düşünməyə başladığına diqqət çəkən ekspertlər, bu yanaşmanın gənclərin özünə inamını sarsıda, onları düşünməkdən, yaratmaqdan uzaqlaşdıra biləcəyini deyir.
Araşdırmalara görə, 13-17 yaş arası gənclərin əhəmiyyətli bir hissəsi ev tapşırıqları ilə süni intellekt dəstəkli tətbiqlərdən kömək alır. Bu, məktəblərdə “boş səhifə qorxusu”nu artırır və klaviaturanı qələmdən üstün tutan yeni nəsil yaradır.
Mütəxəssislər vurğulayır ki, həll yolu süni intellektə tamamilə qadağa qoymaq deyil, ona ondan düzgün istifadə etməyi öyrətməkdir. Pedaqoqların vəzifəsi şagirdlərə öz fikirlərinin dəyərli olduğunu göstərmək, yazı prosesini yenidən aktivləşdirmək və şəxsi ifadəni təşviq etmək olmalıdır.