

Avropa Parlamentində korrupsiya araşdırması
Avropa Parlamenti İranda insan haqlarının pozulmasını pisləyib
Avropa Parlamentinin kritik həftəsi başlayır
İyulun 14-də AP prezidentliyinə səsvermə olacaq
Avropa seçkilərində geri sayım başladı
Qətər isə yunan millət vəkilinə rüşvət verilməsi barədə iddiaları yalanladı
“Demokratiya hücuma məruz qalıb, cəmiyyətimiz təhlükədədir”
600 min avro nağd pul, bahalı hədiyyələr ...
Avropa Parlamentinin vitse-prezidenti, yunan millət vəkili cinayət başında ifşa olundu
Fars-molla rejiminin maskası Nəsrin Sütudənin həbsi ilə yırtıldı
“Kreml artıq Avropa İttifaqının strateji tərəfdaşı deyil!”
II yazı
I yazı
Angela Merkel bölgəyə səfəri ilə bu fikri demək istədi
Qərb “Gürcü Arzusu”nu siyasi səhnəyə qaytarır?!
Avropa İttifaqında dönəri qadağan edə bilərlər
Avropa Parlamentində Azərbaycanın əleyhinə aparılan məqsədyönlü kampaniyanın növbəti nümunəsi ilə qarşılaşırıq. Bu dəfə də adı korrupsiya və siyasi rüşvətxorluq qalmaqallarında hallanan bəzi avroparlamentarilər, erməni lobbi qruplarının maliyyə və siyasi təsiri altında Azərbaycana qarşı yeni bir qətnamə layihəsi hazırlayıblar. Sənədin məzmunu, onun beynəlxalq hüquq normalarına zidd olması və əsaslandırılmamış ittihamlarla dolu olması, bu qətnamənin sırf siyasi sifarişin nəticəsi olduğunu göstərir.
Məsələ ondadır ki, Avropa Parlamenti Bakıda məhkəməsi aparılan və konkret hərbi cinayətlərdə ittiham olunan şəxslərlə bağlı obyektiv mülahizələrə söykənmək əvəzinə, birtərəfli mövqe sərgiləyir. Azərbaycan ərazisində müharibə cinayətləri törətmiş şəxslərin “siyasi məhbus” və ya “hərbi əsir” kimi təqdim edilməsi qərəzli yanaşmanın və ikili standartların açıq göstəricisidir.
Təəssüf ki, Avropa Parlamentinin üzvləri Azərbaycan dövlətinin suveren hüquqlarına hörmət etmək əvəzinə, dezinformasiyalara və ermənipərəst dairələrin təsiri altına düşməyə davam edirlər. Daha öncə dəfələrlə şahidi olduğumuz kimi, bu qurum qərəzli mövqeyini davam etdirərək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini və suverenliyini tam təmin etməsini “təcavüz” kimi qələmə verməyə çalışır. Halbuki BMT və digər beynəlxalq qurumların faktaraşdırıcı missiyaları regionda hər hansı zorakılıq faktı qeydə almayıblar.
Digər bir maraqlı məqam isə Avropa Parlamentinin riyakarlıqla seçici yanaşma sərgiləməsidir. Azərbaycan ərazilərinin uzun illər mina terroruna məruz qalması, 4000-ə yaxın itkin soydaşımızın taleyi, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın haqları ilə bağlı isə susqunluq nümayiş etdirilir. Nə üçün bu məsələlər AP-nin gündəminə gətirilmir? Cavab aydındır: Avropa Parlamentinin bəzi üzvləri üçün geosiyasi maraqlar, erməni lobbisinin maliyyə dəstəyi və islamofob mövqe daha önəmlidir.
Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, beynəlxalq arenada da nüfuzlu güc mərkəzinə çevrilib. Avropa Parlamentində qəbul edilən bu qətnamələr ölkəmizə qarşı siyasi təzyiq vasitəsi olmaqdan başqa bir şey deyil. Lakin Azərbaycan dəfələrlə sübut edib ki, heç bir təzyiq, heç bir qərəzli qətnamə ölkəmizi öz suveren yolundan döndərə bilməz. Ermənilərin törətdiyi müharibə cinayətləri isə beynəlxalq hüquq normalarına uyğun şəkildə, ədalətli məhkəmə prosesi çərçivəsində qiymətləndiriləcək.
Son nəticə olaraq, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə Azərbaycan əleyhinə aparılan geosiyasi manipulyasiyanın və erməni lobbisinin təsirinin növbəti təzahürüdür. Əvvəlki qərəzli qətnamələr kimi, bunun da hüquqi əsası yoxdur və real təsir gücünə malik deyil. Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək və heç bir xarici təzyiq dövlətimizin mövqeyini sarsıda bilməyəcək.