

Sazişin imzalanması üçün ən uyğun məkan Türkiyədir
Ağ Evin Rusiya ilə uzlaşma məntiqi AB-nin Cənubi Qafqazdakı mandatına da təsir edir
Əgər Ermənistan hücuma keçərsə, ...
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
Azərbaycan prezidenti İlham Əliyev: “Fransa Ermənistanı yeni müharibəyə sürükləyir”
“Müzakirələrdə ideyaları yaxınlaşdırmağa çalışacağıq”
Sülh müqaviləsinin mətni üzərində razılaşma yalnız texniki mərhələdir
Hikmət Hacıyev: “Hərbi cinayətkarlar siyasi məhbus deyil”
“Azərbaycanın “İbrahim müqavilələri”nə daxil edilməsi bu razılaşmaları möhkəmləndirəcək”
Bu dəfə ermənilər “savaş əti” olacaq?
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
11 mart 2025-ci il... Məkan - Paris...
Daha doğrusu, Parisin mərkəzində yerləşən dəbdəbəli “Hôtel du Collectionneur” mehmanxanası.
Fransanın Erməni Təşkilatları Şurası (CCAF) bu mehmanxanada illik nahar ziyafəti təşkil edib. Ziyafətə Fransa hökumətinin üzvləri, siyasi partiya rəhbərləri, parlamentarilər, diplomatlar, jurnalistlər, aktyorlar və incəsənət xadimləri qatılıblar.
Ləziz yeməklərin və bahalı şərabların verildiyi, fransız-erməni dostluğunun (bacılığının) şərəfinə çoxsaylı badələrin qaldırıldığı bu ziyafətdə Fransa hökuməti adından ölkənin daxili işlər naziri Bruno Retayo çıxış edib.
“Erməni məsələsi”nin Fransa üçün əhəmiyyətini vurğulayan fransız nazir qeyd edib ki, illik nahar ziyafəti sadəcə yemək-içmək məclisi deyil, böyük “dostluq və sədaqət görüşüdür”.
O, özünün dünya erməniçiliyinə və erməni məsələsinə sədaqətini də xüsusi vurğulayaraq bildirib ki, bu sədaqət həm də cismani yaxınlığa əsaslanır, çünki “Ermənistan Fransanın bacısıdır”.
Daha sonra Bruno Retayo məşhur ermənipərəst fransız yazıçısı Anatol Fransdan misal gətirərək deyib ki, “beynəlxalq ictimaiyyət Ermənistanın müdafiəsində çox vaxt kifayət qədər cəsarət göstərmir. Ancaq Fransa özünəməxsus tərzdə həmişə Ermənistanın yanında olub”.
Bu cür saçma-sapan, gülməli fikirlərini davam etdirən fransız nazir çıxışının sonunda isə hazırda Bakıda mühakimə olunan erməni separatçı və terrorçularının azad edilməsi məsələsinə toxunaraq sentimental fikirlər səsləndirib, daim onların haqqında düşündüyünü deyib: “Bu gün mənim fikrim inandıqları “dəyərlər” uğrunda öz sağlamlıqlarını və həyatlarını riskə atan (Ruben Vardanyan da daxil olmaqla) həmin 23 nəfərlədir. Mən onların haqqında düşünürəm və ümid edirəm ki, bugünkü sözlərim Azərbaycanın sərhədlərinə çatacaq və məhbuslar azad olunacaq”.
Gördüyümüz kimi müsyö B.Retayo öz sələflərindən (Fransanın bundan əvvəlki daxili işlər nazirlərindən) fərqli olaraq Azərbaycana müraciətində ultimativ tondan istifadə etməyib, sadəcə, ümid etdiyini dilə gətirib. Çünki təcrübəli siyasətçi olan B.Retayo Bakı ilə sərt ritorika ilə danışmağın səmərəsiz olduğunu anlayır. Odur ki, B.Retayo Fransanın neokolonialist siyasətini dünyada ifşa edən Azərbaycana müraciətində mümkün qədər ehtiyatlı ifadələrdən istifadə etməyə çalışıb. Bu, əlbəttə ki, Fransa siyasəti üçün əsl yenilikdir.
Görünür, Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla ermənilərə görə münasibətlərin korlanmasının Fransaya vurduğu zərər artıq rəsmi Parisi düşünməyə və ritorikasını yumşaltmağa məcbur edir.
Əslində Parisdə də yaxşı başa düşürlər ki, nə Ruben Vardanyanı, nədəki digər separatçıları heç bir müracət, qətnamə-filan xilas edə bilməz. Çünki heç bir ölkə separatçıları, terrorçuları bağışlamır. Heç kim separatçıların nazıyla oynamır. Azərbaycan isə nəinki nazir Bruno Retayo, hətta prezident Emmanuel Makronun özü də xahiş-minnətə gəlsə belə, yenə də heç bir terrorçunu açıb buraxmağa hazırlaşmır. Çünki onlar sadəcə separatçı deyil. Bu ermənilərin hər biri azərbaycanlıların simasında insanlıq əleyhinə qatı cinayətlər törədib.
Və bu gün nə İrəvanın, nədəki Parisin həmin 23 ermənini “əsir və girov adlandırması” da onlara qarşı münasibəti dəyişə bilməz. Milli-etnik zəmində qan tökmüş, soyqırımı və terror aktları törətmiş, terrorçuluğu maliyyələşdirmiş canilərin “əsir və girov” adlandırılması qəbuledilməzdir və mənəviyyatsızlıqdır.
Odur ki, Bruno Retayo Anatol Fransdan misal gətirməzdən və 23 nəfər terrorçu üçün ağlamsınmazdan əvvəl bir az da öz vicdanı ilə həsbi-hal etməliydi. Terrorçuları “əsir və girov” adlandırıb, onların azad edilməsi üçün Azərbaycana müraciət etməyin siyasi riyakarlıq olduğunu düşünməliydi. Çünki cənab B.Retayo sıradan bir məmur deyil.
O, ölkəsinin daxili asayişi üçün məsuliyyət daşıyan yüksək çinli məmurdur. Korsika, Brettoni, Oksitaniya kimi əyalətlərdə yaşayan azsaylı xalqların nümayəndələrinin Fransadan ayrılmaq təşəbbüsləri Bruno Retayonu qəzəbləndirdiyi halda, o, Qarabağı Azərbaycandan qoparıb “artsax” adlı qondarma “dövlət” yaratmaq istəyən erməni separatçıları və terrorçuları üçün Bakıya müraciət etməyə cəsarət etməməlidir.
B.Retayo təcrübəli bir siyasətçi kimi bilməlidir ki, onun bu addımı presedent yaradır. Yəni ki, sabah Azərbaycan tərəfi də Fransaya müraciət edib “Dənizaşırı” ərazilərdə müstəqillik şüarları ilə çıxış etdiklərinə görə fransız hökuməti tərəfindən həbs edilən şəxslərin azadlığa buraxılmasını tələb edə bilər. Həmçinin, korsikalıların, bretonların haqqlarını da müdafiə edə bilərik.
Odur ki, Makron Fransası ruben vardanyanlar, araik harutyunyanlar, arkadi qukasyanlar üçün bu boyda risklərə getməməlidir. Onların kitabı artıq bağlanıb. Separatçılar, terrorçular humanist yanaşmanı haqq etmir.
Bütün normal ölkələrdə separatçılar, terrorçular ya it kimi gəbərdilir, yadaki ömürlük həbsə məhkum edilir. Azərbaycan da bu iki yoldan birini (sonuncusunu) seçəcək. Seçməlidir də. Seçməlidir ki, gələcəkdə separatçılığa meyllənə biləcək digər şəxslər üçün də bunların aqibəti dərs olsun.
P.S. Fransa rəsmiləri və ictimai xadimləri isə R.Vardanyan və onun separatçı-terrorçu məsləkdaşlarını müdafiə etməklə faktiki olaraq terrorçu “bacı”lar rolunda çıxış edir və məsuliyyəti bölüşürlər. Söhbət təkcə mənəvi yox, həm də hüquqi məsuliyyətdən gedir...
(ardı var)