vaxtlı-vaxtında oxuyun! Şənbə, 15 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
11:11 | 14 mart 2025 | Cümə Məqaləyə 70 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çin nəhəngindən rüşvət şübhələri Brüsseli silkələyib

“Huawei”dən pul almaq iddiaları ilə bağlı üç Avropa Parlamenti məsləhətçisinin otağı möhürlənib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Belçika məhkəmə orqanları dünən Avropa Parlamentindəki son korrupsiya araşdırması çərçivəsində üç məsləhətçinin ofisini möhürləyib.

Avropa Xalq Partiyası (EPP) və Yeni Avropa Parlamentinin müşavirlərinin ofisləri Belçika məhkəmə orqanları tərəfindən AB qərarlarının qəbuluna təsir etmək üçün “Huawei”dən rüşvət aldıqları iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində bağlanılıb.

Onlardan biri Marko Falkonun (İtaliya/EPP) köməkçiləri Paolo Kampisi və Françesko Vastaya məxsusdur. Digəri isə Nikola Minçevin (Bolqarıstan/Yeni Avropa) müşaviri Adam Muçtarın ofisidir.

Belçikadan olan rəsmilər Falkonun məsləhətçilərinin ofisinə dünən yerli vaxtla 17:00-da daxil olub və orada bir saatdan çox qalıblar.

Toxunulmazlığı olunmayan məsləhətçilərin AP-dəki ofislərinə daxil olmazdan əvvəl məlumatlandırılmasına ehtiyac görülməyib.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, Belçika hakimiyyət orqanlarından araşdırmaya kömək etmək üçün “əməkdaşlıq tələbi” alıb.

Dünən Çin texnoloji nəhəngi ilə bağlı təhqiqatın başlanması ilə bağlı xəbərlərin ardınca Belçika polisi də şirkətin Brüsseldəki baş qərargahında və digər yerlərdə axtarış aparıb və prokurorların sözlərinə görə, “bir neçə nəfər” saxlanılıb.

Əməliyyat çərçivəsində polis Brüsseldə, Belçikanın Flamand və Vallon bölgələrində və Portuqaliyada 21 evdə axtarış aparıb. Onlar rüşvətxorluq, dələduzluq, çirkli pulların yuyulması və cinayət təşkilatında iştirak da daxil olmaqla potensial cinayətlərə dair sübutlar axtarıblar.