

Dövlət katibinin endiyi təyyarənin trapı qarşısına salınan xalı daha çox dəsmala oxşayıb
Dünyanın ən böyük çip istehsalçısının 100 milyard dollarlıq investisiyası mübahisələrə səbəb olub
ABŞ kəşfiyyatının hesabatları Rusiyanın geri çəkilməyəcəyini göstərir
Baş katib Rutte isə Qrenlandiya-ABŞ məsələsinə qarışmaq istəmir
“Uzun ömür yaşamaq qismən şans məsələsidir, bir də uğurlar və yaxşı genlər”
Getsə nüfuzundan olacaq, getməsə canından
London, Vaşinqton, Tokio isə Manila ilə saziş imzalayıb
“Amerika ilə anlaşmasaq batırıq”...
Rusiyaya qarşı sanksiyaların daha da gücləndiriləcəyi barədə məlumatlar var
ABŞ Poçt Xidməti Maskın departamenti ilə əməkdaşlığa başlayıb
ABŞ-a qarşı zəif mövqedə olan Avropa özünə dayaq olaraq Çinlə yaxınlaşa bilər
Tramp Putinin atəşkəslə bağlı mövqeyinə münasibət bildirib
İstənilən halda, Rusiya bu məsələdə uduşsuzdur.
Ağ Evin Rusiya ilə uzlaşma məntiqi AB-nin Cənubi Qafqazdakı mandatına da təsir edir
AB Rusiya sanksiyaları üçün Macarıstanı razı sala bilərmi?
Cons Hopkins Universiteti Ağ Evin qənaət siyasətinə görə 2000 əməkdaşını ixtisar edəcək
Ukraynanın Krım yarımadasında yerləşən Sevastopol şəhərində Rusiyanın tərkibinə daxil olmaq qərarı çıxarılıb. «Media forum» saytının məlumatına görə, martın 6-da Sevastopol Şəhər Şurasının çıxardığı başqa bir qərara görə, əhali Krım Muxtar Respublikasında keçiriləcək referendumda iştirak edəcək.
Sevastopol şəhəri Krım yarımadasında yerləşsə də, muxtar respublikaya daxil deyil. Bu şəhərdə Rusiyanın Qara Dəniz Hərbi Donanmasının qüvvələri var.
Ötən ayın sonunda Rusiya ordusu Krımı işğal edib və bölgədə Moskvanın adamları hakimiyyətə gətirilib. Martın 6-da Krım parlamenti bölgənin Rusiya Federasiyasına birləşdirilməsi haqqında qərar qəbul edib. Parlamentin başqa bir qərarına əsasən, martın 16-da yarımadada referendum keçiriləcək. Referenduma çıxarılan bir sual Krımın Rusiyaya birləşdirilməsi, digəri bölgənin muxtariyyətinin daha geniş olduğu 1992-ci il konstitusiyasına qayıtmaq barədədir.
Ukrayna prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov Kiyevin Krımda referendum keçirmək qərarını ləğv etdiyini açıqlayıb.
ABŞ prezidenti Barak Obama özəl açıqlama yayaraq Krımda planlaşdırılan referendumun Ukrayna Konstitusiyasına və beynəlxalq hüquqa zidd olduğunu deyib. O, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması, Ukrayna xalqına məxsus sərvətin oğurlanmasına görə məsuliyyət daşıyan fərdlərə, qurumlara qarşı sanksiyaların tətbiqinə icazə verən sərəncam imzalayıb. ABŞ prezidenti bildirib ki, demokratik dövlət rəhbərlərinə saymazyana yanaşıb hansısa sərhədləri təzədən cızmaq dövrləri çoxdan keçib.
Avropa İttifaqı liderləri isə martın 6-da Brüsseldə bir araya gələrək Rusiya ilə geniş əməkdaşlığa yol açacaq razılaşma və viza anlaşması ilə bağlı danışıqları təxirə salmağa qərar veriblər.
«Azadlıq» radiosunun məlumatına görə, Avropa İttifaqının prezidenti Herman Van Rompey deyib ki, Moskva yaxın bir neçə gündə Kiyevlə danışıqlara başlamasa, Brüssel başqa addımları da nəzərdən keçirəcək. Bunlar səhmlərin dondurulması, səfər qadağaları, Avropa İttifaqı-Rusiya sammitinin ləğvi ola bilər. Herman Van Rompey Krımın Rusiya yönlü parlamentinin bölgənin statusu haqda referendum keçirmək qərarını qanunsuz adlandırıb.